|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Fazil Mustafadan polisi müdafiə etməyənlərə sərt qınaq:“Zibil atmanın arxasınca güllə atmaq gələcəkdi!“
Tarix 14.06.20, 13:20 |
|
Fazil MUSTAFA,
BQP sədri, Milli Məclisin deputatı
Proses alınmadı. Tələb səsləndirdilər ki, qanunu pozmuş polislər cəzalandırılsın. Məsələ araşdırılandan sonra dövlət dərhal günahı olan polisləri cəzalandırdı.
Zərərçəkmiş ailə üzərindən dövləti ittiham altında tutmaq istədilər, yenə də alınmadı. Ailənin başçısı xanım çıxıb prezidentə təşəkkür etdi. Bu əzabkeşlik variantını da davam etdirə bilmədilər. O xanım, əslində bu yaxasını cıranların hamısından daha şüurli və dövlətçi vətəndaş imiş. İmkan vermədi ki, bu qaragüruhçu qüvvə ölkənin polisinin üzərinə məqsədyönlü çirkab kampaniyası yönəltməklə iğtişaşlar yaratsın.
Azərbaycan polisi də bir çox davranışları ilə məsuliyyətli vətəndaşlarla hər hansı problemin olmadığını sübut etdi. Əlacları qaldı, bu qaragüruh sürüsünün qarşısında öz sözü və qələmi ilə Azərbaycan polisinə zibil atanları qınayan şəxsləri hədəfə almağa.
Görün, nədən mədət ummağa başladılar: polisə zibil atan şəxsləri dəstəkləyən bir neçə profil sahibinin şəxsimizə qarşı təhqirlərinə cavab olaraq yazdığımız “it sürüsü” ifadəsinin aidiyyətini təhrif edərək “deputat xalqa it küçüyü dedi” başlıqları ilə paylaşıb cahil və başıboş kütləni öz alətləri üçün istifadə etdilər.
Bu dəfə bir neçə xuliqanın obrazını xalq obrazı ilə eyniləşdirərək, istiqaməti dəyişməyə çalışdılar. Olsun, bu, bizim cəmiyyətin reallığıdır, yazılı mətn ənənəsi olmayanda dini də, tarixi də bu cür əzbərləyib öyrənirsən və sonradan anlayırsan ki, nələrsə mahiyyətə uyğun gəlmir. Hansısa məqsədli insanlar artıq bu yalanları ona görə ictimailəşdirə bilirlər ki, özükimilərin psixologiyasını tam əsarəti altına alıb. Sabah bu sürüdə olanlar öz dəstəkçilərinə belə, hansısa rasional mövqe çatdıra bilməzlər, əks halda, dərhal öz kütləsinin gözündə ən yaramaz birisinə çevriləcəklər.
Baxın, daxildə və xaricdə sosial şəbəkəyə doluşmuş Fransadan, İngiltərədən, Rusiyadan bütün namussuzlar üzərimə gəldi. On il öncə dünyasını dəyişmiş və hamısının böyüklərindən daha şərəfli və ləyaqətli ömür yaşamış, Naxçıvan şəhərinin əksər binalarını inşa etmiş, ölkənin əməkdar inşaatçısı olan atamın ruhunu incitdilər. Mənim qələmimin və sözümün qarşısında duruş gətirə bilməyən, sözün bütün mənasında bizim böyük xalqın adından danışmağa çalışan it sürüsü bir suala cavab verə bilmədi ki, bəs on il sonradamı böhtan atdığınız vəfat etmiş adam sizin əzizlərinizin pozğun həyatını o dünyadan necə tənzimləyə bilir?
Mən hər zaman siyasi mübarizəni insanın özü ilə aparıram, heç vaxt Qurbanın atası Cəlal kişi barədə, böhtan da olsa, doğru da olsa, fikir söyləsələr, deyərəm ki, ləyaqəti olanlar insanın özü ilə mübarizə apararlar, onun valideyinləri, ailəsi, uşaqları ilə deyil. O isə müraciət edir ki, buyursun, hansısa naxçıvanlı, əzizlərindən kimin hansısa hoteldə zərərçəkən olması barədə bilgi versin.
Sizi, gidi it sürüsü, hansı namussuz üsullara əl atsanız da, bu xalqın, bu dövlətin maraqlarını daha qətiyyətlə qoruyacağam! Əmin olun, nə intellektiniz, nə əxlaqınız, nə də şəxsiyyətiniz mənimlə savaş aparmağa yetərli deyil. Sizi şüursuz sürü üzvü kimi yetişdirmiş öz atanızın (əminəm ki, bundan da bixəbərsiniz!) əxlaqını təftiş edin, məni bu xalqın, bu millətin haqqını müdafiə edən, qaragüruçuluğun, nadanlığın qarşısında duruş gətirə bilən bir vətəndaş kimi yetişdirən bir atanın övladı olmağımla yalnız fəxarət duyuram.
İllərdir siyasi çalışmaların içində dəfələrlə müxtəlif mövzularda qaragüruha dirəniş göstərmişəm. Bunu həyati əhəmiyyətli məsələ hesab edirəm, çünki Azərbaycanın başına gələn bütün bəlalar məhz bu amillə bağlıdır. Xatırlayıram, Gəncədə dövlətə qarşı 1993-cü ilin iyun qiyamı baş qaldıranda populyar bir mövzu vardı: “qardaş qırğını”. Ağdamdan olan bir ziyalı dostumuz mənə zəng edib irad bildirirdi ki, nahaq qardaş qırğınına getmisiniz. Deyirdim ki, öldürülən dövlətin adamlarıdır, bu, dövlətə qarşı qiyamdır, dar düşüncəli insanlar, yəni, qaragüruhçular buna hakimiyyətdən qisas alınması hadisəsi kimi yanaşırlar, ancaq bədəlini mütləq ödəyəcəklər. Az keçmiş, Surət Hüseynovun, guya, xilaskar kimi Ağdama girən başıpozuq dəstələri məqsədyönlü şəkildə bu Vətən torpağını ermənilərin qaşısında müdafiəsiz qoyanda, həmin ziyalı dostumun telefonda ağlaya-ağlaya söylədiyi sözlər indiyədək qulağımdadır: “Bu qardaşı niyə qırmadınız, təkcə hakimiyyət getmədi, həm də Ağdam getdi”.
İndi də, təqribən, bu hadisəyə bənzər reallıqdır. Niyə bütün hücumlar əsasən polisə yönəlib? Burada iki il öncə Gəncədə baş verənlərin uyğun ssenarisini sezmək elə də çətin deyil. Maraqlıdır ki, son illərdə polisdə xeyli müsbət yöndə davranış dəyişiklikləri baş verib, vətəndaşla münasibətdə mədəni üslub artıb, iş adamlarına qanunsuz müdaxilələr, demək olar ki, yox səviyyəsindədir. Karantin dövründə isə Azərbaycanın qəhrəman tibb işçiləri ilə yanaşı, ən böyük fədakarlığı edən peşə sahibləri məhz Azərbaycan polisləri və daxili qoşunların əsgərləri oldu. Eyni fədakar davranış Dövlət Təhlükəsizlik Xidməti personalı və Silahlı Qüvvələrimizin təmsilçiləri tətəfindən sərgiləndi.
Etiraf edək ki, bu gün mühacirətdə olan insanların bir qisminin incik vəziyyətə düşməsinin səbəbi həm keçmiş MTN şefinin cinayətkar bandası, həm bəzi polis məmurları və prokurorluq orqanlarının vəzifəli şəxsləri, həm də qanunsuz qərarlar verən məhkəmə hakimləri ilə bağlıdır. Kiminsə mülkiyyətinə, kiminsə gəlirinə qanunsuz müdaxilə olunub, bir sıra sahibkarlar hər şeyini atıb ölkəni tərk ediblər. Yəni, çox az bir hissə siyasi mövqeyinə görə mühacirətə üz tutub, sosial-iqtisadi səbəblər daha çox üstünlük təşkil edir. Ona görə də ölkəmizdə elə azad iqtisadi mühit yaratmalıyıq, inhisarçılığa son qoymalıyıq ki, bu insanların öz ölkəsində rifah içində yaşaması mümkün olsun.
Əslində, polis qanunların icraçısıdır. Vətəndaşın əsas problemi başında korrupsionerlərin durduğu məhkəmə sistemidir, bu sistemdə də ölkə prezidenti tərəfindən ciddi islahatlara start verilib və məhkəmə ədalətinə inamı bərpa edərsək, polis-vətəndaş münasibətlərində etimad amili xeyli yüksələcəkdir.
Əlbəttə, polis vətəndaşı incitməməlidir, qanunlara əməl etməlidir, öz içində formanı daşımağa layiq olmayanlardan təmizlənməlidir, daha peşəkar kadrlar işə götürülməlidir. Ancaq polisin tələblərinə tabe olmaq istəməyən şəxslərə qarşı olsa belə, qanunauyğun davranmayan bir neçə polisin hərəkətini böyük bir ajiotaja çevirərək, məqsədyönlü şəkildə bütövlükdə polis təşkilatını hədəfə alanlar dövlətin ən mühüm qoruyucu zirehini deşmək məqsədi güdürdülər və bir çox yayılmış videolardan yaranan emosiyalardan təsirlənən vətəndaşlarımızı da öz çirkin əməllərinə alət etmək istəyirdilər.
Dövlətdə hansısa bizi narazı salan boşluqlar varsa, onu dağıdaraq düzəldə bilmərik, onu təmir edərək düzəltməliyik. Bunun da inqilabi variantını düşünənlər məhz polisə zibil atanları dəstəkləyənlərdir. Yenə də deyirəm, unutmayın: istənilən dövrdə, xüsusilə də karantin dövründə polisimizə zibil atmanın arxasınca güllə atmaq gələcəkdi! Zibil atmanı təşviq edənlər, məhz o gülləatmanı təqdir edənlərdir, məhz Gəncədə günahsız polis qardaşlarımızı qətlə yetirənlərlə həmrəy olanlardır.
Məsuliyyətli vətəndaşlar islahatlardan başqa yolu düşünməzlər, çünki bir inqilab, bir hakimiyyət boşluğu hansı nəticəni doğura bilər, artıq bunu yetkinlik yaşına çatmış hər bir azərbaycanlı dəqiq anlayır.
Mənim həmin o ağdamlı dostum da bunu anlayacaqdı. Fəqət Ağdam işğal olunduqdan sonra ürəyi partlayıb dünyasını dəyişməsəydi…
Bu arada, günün gərginliyinə rəğmən, cəmiyyətdə ziyalı adı ilə tanınan bir neçə şəxsdən mobil telefonuma zəng gəldi. Hamısının söyləyişinin özəti, təqribən, belə idi: “Bu qaragüruh dalğası cəmiyyətimiz üçün çox təhlükəlidir, mövqeyinizi dəstəkləyirik, lakin bunu açıq ifadə edə bilmirik. Çünki yığışıb pis-pis söyüşlərlə söyəcəklər”.
Mən də anlayıram ki, bu qaragüruhu idarə edən narazılıq duyğusunun təməlində mütləq hansısa inciklik hadisəsi var, bir çox hallarda normal düşüncəli fərdlərdir, ancaq sürü içində tərbiyəsizləşməyə məhkumdurlar. Burada söyüş söyməyəni sürüdən qovurlar. Yəni, dövlətdən inciklik üçün əsaslar onlarda hər şeyə, hər kəsə nifrət sterotipi yaradıb. Ancaq bizim qaragüruhdan da acınacaqlı gündə olanımız bu ziyalı adı altında başını cəncələ soxmaq istəməyən və savaşı kənardan seyr edən bir zümrədir. Bunların sosial şəbəkələrdə Rəsulzadədən, Elçibəydən bir şeylər paylaşmasına çox da aldanmayın, profil çərçivəsinə yerləşdirdikləri bu və ya başqa büt şəkilləri sizləri çaşdırmasın, əksəriyyəti həmin qaragüruhun səssiz müdafiəçilərdir. Bunu yazar Şərif Ağayarın söyüş terroruna qarşı ürək yanğısı ilə yazdığı yazısından daha aydın sezmək olur. Bir yazar, bir şair, bir alim qaragüruhçu zehniyyətin diqtə etdiyi hay-küyün qarşısında qorxudan öz fərqli və faydalı sözünü deyə bilməyəcəksə, narahat olmayın, bu boşluğu doldurmağa hər cür zərərli axının qarşısında durmağı ömür kredosuna çevirmiş bir millət vəkilinin cəsarəti çatacaqdır. Bu küy bir neçə günə yatandan sonra doğruları söyləyən səsimizi daha aydın eşidəcəksiniz. O zaman içinizdə azacıq səmimiyəti və insanlığı olanlar “xalqı təhqir etdi” yalanının altında hansısa ifadənin olmadığını görəcək və həmin o it sürüsündən ayrılıb Azərbaycan xalqını və dövlətini canıyla, qanıyla, idrakı ilə müdafiə edən ləyaqətli insanlara qoşulacaqsınız.
Bir Allah şahididir ki, biz parlamentdə, dövlət vəzifələrində iqtidar nemətlərindən illərdir yararlanaraq titullarının yastığında mürgüləyənlərdən olmadıq, xalqı düşündürən ən ciddi mövzuları gündəmə gətirdik, bəlkə də elmi, siyasi, dini, tarixi mövzularda xalqımızın düşüncə həyatına töfhəsi olacaq məsələləri canlandırdıq və bu ziyalıların əksəriyyətinin təşəbbüslərini və özlərini dəstəklədik, problemlərinin həllində yardımçı olduq. Ancaq yazdığım yazılara qaragüruhun qorxusundan bəyənmə işarəsi qoymaqdan çəkindiyini etiraf edən, kənarda öz “prikollar”ını paylaşmaqla başını qatan “dostları” görəndə bir daha düşündüm ki, tək də olsaq, on da, yüz də, qətiyyən durmaq olmaz, sona qədər xalqımızı içindən dağıdacaq bu qaragüruh virusuna qarşı Mirzə Fəthəli dəyanəti ilə savaşmaq lazım, bu məxluqları tərbiyələndirərək müqəddəs saydığımız xalqa qazandırmaq lazım. Yalandan düzüb-qoşduğunuz və bizə aid etdiyiniz ifadəni özünüzə geri çevirirəm: bu xalqa qarşı ən böyük təhqir sizlərin başımıza, beynimizə, düşüncəmizə sözün bütün mənası ilə oturmanızdır! Məhz sizə görə bu xalqın son 50 ildə dünya arenasına çıxacaq yazarı, filosofu, alimi yetişmədi. Çünki fərqli fikir söyləməyə qoymadınız, söydünüz, susdurdunuz! Qarşınızda bu dövlətin gücü durmasa, hamısını məmnuniyyətlə məhv edərsiniz. Ona görə də Azərbaycan polisi üzərindən, Azərbaycan hakimiyyəti üzərindən Azərbaycan dövlətini hədəf seçmisiniz, onu zəiflətmək, çökdürmək üçün ən çirkin vasitələrə əl atırsınız! Siz düşüncə hanniballarısınız, siz nizam hanniballarısınız, bu dövləti yemək istəyən dişləriniz mütləq qırılacaqdır!
Bilirəm, bu, xeyli çətin olacaq, xeyli namussuzun böhtan və şantajları ilə üzləşəcəksən, ancaq bu millətin və dövlətin varlığını qorumaq üçün ya bu virusun peyvəndini tapmalıyıq, ya da mutasiya olunmasını gözləməliyik…
Əminəm ki, peyvənd tapılmayacaq, çünki bizim də daxil olduğumuz Şərq ölkələrində məhz bu qaragüruhun sayəsində düşünən başlar kəsildiyinə, danışan dillər susdurulduğuna görə, elmi kəşflər uzun əsrlərdir olmur.
Bəs mutasiya? Əslində, mən sizlərə maariflənməniz üçün yazdığım yazılarla məhz bu işlə məşğulam. Bu qədər öz dövlətinə kin püskürən ruhi xəstənin mütaliəsini təmin etmək eyni zamanda mutasiyanın həyata keçməsi üçün şərait yaratmaqdır. Bu qaragüruhçuların başlarına döyə-döyə, söyə-söyə də olsa, yazılarımı oxumağa məhkum etmişəm, bu, onları ağıllandıracaq, dəyişəcək, öz dövlətlərinə sayğılarını artıracaq!
Eyb etməz, əvvəl böhtan, şantaj üçün işlərinə yaraya biləcək sözlər, ifadələr axtaracaqlar, ardınca keçəcəklər düşündürücü məqamlara. Dəyişəcəklər, ağıllanacaqlar, əxlaqlı olacaqlar. O zaman xalqımız və dövlətimiz üçün bu virusun təhlükəsi yoxa çıxacaqdır, ən azı, qaragüruh başımızda və ürəyimizdə oturmayacaqdır. Həm də qaragüruhun söyüşlərindən qorxaraq danışığını qısmış bəzi zavallı ziyalıların da düşüncə həyatına dönüşünə imkan yaranacaq.
Bir də, adam kimi oturub düşünsəniz, hər şey yaxşı ola bilər!
Xəbərin oxunma sayı : 1441
Analiz
Xəbərlər
-
Bu gün instaqramda olanlar - Fotolar
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
-
Nazir Baş İdarəyə rəis müavinini işdən çıxardı - Yerinə Şabanovu təyin etdi
-
Aytən Səfərova yol qəzasına düşüb – Ölən var
-
Bakıda görmə məhdudiyyətli şəxs evini kirayə verdi, bütün əşyaları oğurlandı - VİDEO
-
Sabiq deputat Hadı Rəcəbli vəfat edib - Burada dəfn olunacaq
-
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
-
Bakıda işıq dirəkləri oğurlanan, qaranlığa qərq olan yol - VİDEO
-
“Vaşinqton Ukraynanın effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırır“ - ABŞ institutu
-
Bazarlarda satılan mövsümə uyğun olmayan meyvələrin qiymətləri - ARAŞDIRMA + VİDEO
-
“Qərb Ukraynada “Dəmir qübbə” sistemi yarada bilməz” - Borrel
-
Masallıda məktəb binası qəzalı vəziyyətdədir - VİDEO
-
Sevdanın geyimi tənqid olundu - Video
-
Ən yaxşı məşqçilərinin siyahısı açıqlandı:Qurbanovun reytinqi yüksəlib
-
Fransa Azərbaycandakı səfirini geri çağırdı
-
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
-
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
-
Deputatlar toplanır - Gündəlikdə 14 məsələ var
-
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb - Nələr müzakirə olunub?
-
Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” – Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?
-
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
-
Jurnalist övladları imtahanlarda neçə bal topladılar… - SİYAHI+FOTO
-
Azərbaycan İran və Türkmənistandan pomidor almağa başlayıb – 94 qəpiyə
-
DİN tərəfindən müsadirə edilmiş 2 ton narkotik məhv edilib - VİDEO
-
“Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb” - Ərdoğan
-
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib - FOTOLAR
-
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng etdi - Müzakirə
-
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Azərbaycanda ən çox bu universitetin məzunları iş tapıblar - SİYAHI
-
“Mənzurə Mətanəti biabır etdi: “O, yaxşı şpaqat aça bilər...“ - VİDEO
-
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
-
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
-
Azərbaycan Avropa Şurasına qayıdır... - Qərar qəbul edilib
-
Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək - Püşkatma keçirilib + FOTOLAR
-
Şirkətlər “Bank Respublika”dan 45 milyondan çox depoziti geri çəkiblər - Aktivləri isə azalıb
-
Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb – SİYAHI
-
İki ayda 3456 boşanma: Ailələr niyə dağılır?
-
Dünyanın ən zəngin 10 varisinin adı açıqlanıb - SİYAHI
-
“Naxçıvanqala”nın divarı bərpa zamanı yol verilmiş nöqsanlara görə uçub – FOTOLAR
-
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
-
Qeyri-etik paşlaşımlar edən daha bir tiktoker həbs edildi - 30 sutka
-
“Ukrayna sülh danışıqlarına hazırdır” - Zelenski
-
Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər
-
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb - Həbs edilənlər var
-
Hadisə onu aşağıdan çəkən operatora əsəbiləşdi - VİDEO
-
Azərbaycanda kimlər daha çox əmək haqqı alır? – Siyahı
-
“Medeks Hospital“da bu həkimlər sertifikasiyadan keçməyib - Külli miqdarda cərimə
-
Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ
-
Həcc ziyarəti üçün kvota niyə azaldılıb? - QMİ-dən açıqlama
-
“Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq” - İlham Əliyev
-
Neft hasilatı azalıb, qaz hasilatı artıb – “Sənaye məhsulunun 64,5 faizi mədənçıxarma sektorunun payına düşür”
-
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib - Yeni təyinat
-
Buraxılış imtahanının nəticələri açıqlanıb - 11 nəfərin nəticəsi ləğv olunub
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Video+Fotolar
-
İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək
-
Bakıda müğənni səhnəyə çılpaq çıxdı, restoran üzr istədi - VİDEO
-
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? – AÇIQLAMA
-
AQTA soğan təsərrüfatlarında monitorinq aparıb: Nöqsanlar aşkarlanıb
-
Ruben Vardanyan - “Çirkli pulları yuma“ hesabatlarında, yoxsa Nobel namizədliyində?
-
“İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik“ - Jozep Borrell
-
Bu rayonda uşaqların yarısı nikahdankənar doğulub – Rəsmi
-
Vaxtilə düşmənin qurutduğu torpaqlar yenidən canlanıb - VİDEO
-
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb - DİN
-
“ABŞ İsrailin özünümüdafiə hüququnu tanıyır“ - Ostin
-
Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub
-
Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
-
O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? - VİDEO
-
54 yaşlı Cennifer Lopes çəhrayı qısa ətəkli paltarda görünüb - FOTO
-
Liviya Afrikada lider oldu - Neft hasilatına görə
-
Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik - ŞİKAYƏT + VİDEO
-
1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur - VİDEO
-
Çexiyada göy öskürək kabusu: Rekord sayda yoluxma var
-
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
-
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTOLAR
-
Ermənilərin Xocalıda dağıtdıqları qəbiristanlıq bərpa edilir - VİDEO
-
Müəssisələr maaşları niyə gecikdirir? - VİDEO
-
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
TOP 10
ARXİV