Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Fətullah Gülən 100 ildən çox yaşamaq üçün illərdir bunu edirmiş - Milyonluq proses - şok təfərrüat

Tarix 25.04.17, 6:06

Font ölçüsü : - / +
bitmap-img6


FETÖ adı altında təşkilatlanmış cərəyanın lideri Fətullah Gülən 100 ildən çox yaşamaq üçün fəaliyyətə keçib. 

Lent.az “Yeni Şafak”a istinadən xəbər verir ki, o, hüceyrə yenilənməsi tibb texnologiyasına müraciət edib. Belə ki, qəzet xüsusi xidmət orqanlarındakı mənbədən aldığı məlumata əsasən iddia edir ki, Fətullah Gülən şəxsi həkimi olan Tuncay Delibaşın bu işə başlamasını tapşırıb. Həkimin bank hesablarına müxtəlif qaynaqlardan bu müalicənin uğurla başa çatdırılması üçün 30 milyon 500 min lirə də köçürülüb.
 
Bildirilir ki, Tuncay Delibaşı 2015-ci ildə Türkiyədən qaçıb və Fətullah Gülənə xidmət edir. Onun əsas işi isə hüceyrə yenilənməsi texnologiyası əsasında yeni orqan əldə etmək və Gülənin bədəninin yenilənməsinə nail olmaqdır.
 
Maraqlıdır ki, Tuncay Delibaşı bir müddət Hacettepe Universitetinin tərkibindəki “Teknokent” elmi-tədqiqat mərkəzinə rəhbərlik edib. O, burada bir çox məşhur dünya həkimlərini hüceyrə yenilənməsi texnologiyasının inkişafı layihəsinə cəlb edib. Bu yolla o, lideri Fətullah Gülən üçün gizli xidmət edib, onun 100 ildən artıq yaşaması üçün araşdırmalar aparıb.
 
FETÖ ilə bağlı aparılan istintaqda Tuncay Delibaşı təşkilat liderinin özəl tibbi xidmət katibi kimi qeyd edilib və onun 3 il ərzində əldə etdiyi vəsaitin Almaniya və ABŞ bankları vasitəsi ilə ölkədən çıxardığı qeyd edilib.
 



Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap