Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

FGE: Neftin qiyməti 40 dollardan da aşağı düşəcək

Tarix 23.06.17, 0:59

Font ölçüsü : - / +
bitmap-img6


FGE: Səudiyyə hasilatı azaltmasa, neftin qiyməti 40 dollardan da aşağı düşəcək

"Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 500-600 min barel azaltmaq imkanına malikdir. Əgər onlar əlavə kəsintiyə getməsə, neftin qiyməti 40 dollar/barelə, hətta daha aşağı düşə bilər".

"Report" xəbər verir ki, bu sözləri "Facts Global Energy" (FGE) energetika bazarlarının araşdırılması üzrə beynəlxalq konsaltinq şirkətinin rəhbəri Feraydun Feşaraki "Bloomberg" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanı OPEC daxilində hasilatı önəmli dərəcədə azaltmaq imkanı olan ölkədir. Belə ki, 2014-cü ildə bu ölkənin gündəlik hasilatı 9,4 mln. barel təşkil edib, hazırda isə 10 mln. barel/günə bərabərdir.

"Onlar indi kəsintiyə gedib qiymətləri qaldırmağa müvəffəq olsalar da, 6 aydan sonra yenə bu problemlə üzləşəcəklər", - F.Feşaraki əlavə edib.

Qeyd edək ki, neft 45 dollar/barel həddini keçdikdə bir çox ABŞ şirkəti hasilata davam etməyə başlayır. Neft 40 dollar/barelə yaxınlaşdıqda isə bazarda tarazlıq yaranır. Hazırda yaranan problem ondadır ki, əgər indi hasilat azaldılmasa, neftin qiyməti kəskin surətdə düşməyə davam edəcək.



Xəbərin oxunma sayı : 130




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap