Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Filmlər kinostudiyadan niyə alındı? –Rəsmi açıqlama

Tarix 19.03.19, 15:05

Font ölçüsü : - / +
bitmap-img6


“Əvvəldən sənədli və animasiya filmləri müsabiqəsi də nəzərdə tutulmuşdu. Sonradan vaxt itirməmək üçün müsabiqələri ayrı-ayrılıqda yox, bir yerdə elan etməyi qərara aldıq. Çünki vaxt məhduddur, ayrı-ayrı müsabiqələr xeyli zaman alacaq,  filmin hazırlıq, istehsal prosesi uzun zaman alacaq”

Bu sözləri Kulis.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin aparıcı məsləhətçisi Elşad Ərşadoğlu nazirliyin elan etdiyi kinossenari müsabiqəsinə olunan dəyişikliklərlə bağlı açıqlamasında söyləyib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin elan etdiyi kinossenari müsabiqəsinin şərtlərinə görə, əvvəldən yalnız tammetrajlı bədii film layihələrinin qəbulu bildirilsə də sonradan  qısametrajlı, sənədli və animasiya ssenarilərinin də qəbulu haqqında şərt əlavə olunub. Həmçinin bundan əvvəlki elanda seçilmiş qalib ssenarilərin istehsalının C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına sifariş olunacağı haqda bənddən “Azərbaycanfilm” sözü çıxarılıb.

“Format genişləndiyi üçün “Azərbaycanfilm”i qeyd etmək olmaz. Bəlli məsələdir ki, cizgi film və ya sənədli film “Azərbaycanfilm”də çəkilmir. Lakin bu bədii tammetrajlı layihələrin hamısının “Azərbaycanfilm”ə veriləcəyi anlamına gəlmir. Bədii və digər film layihələri digər dövlət və  özəl studiyalara da sifariş oluna bilər. Lakin bu haqda danışmaq tezdir, bu,  sonrakı mərhələdir. İndi qarşıda duran ssenari seçimi məsələsidir. Filmlərin harada çəkiləcəyi gələcək mərhələdə həll olunacaq.”

Elşad Ərşadoğlunun sözlərinə görə, qalib ssenariləri seçəcək komissiyanıın tərkibi bəllidir:

“Münsiflər heyəti təsdiq olunub. Yaşlı, orta və gənc yaşda olan kino mütəxəssislərindən ibarət səkkiz nəfərlik heyətdir. İndiki mərhələdə heyətdə kimlərin olması haqda məlumat gizli saxlanılacaq. Bunu müsabiqənin obyektivliyini qorumaq məqsədilə edirik” – deyə nazirliyin sözçüsü izah edib.



Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap