Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Finlandiya prezidentindən maraqlı açıqlama:“Tramp dedi ki, Putindən ehtiyatlı ol“

Tarix 17.09.18, 11:28

Font ölçüsü : - / +
bitmap-img6


Finlandiya Prezidenti Sauli Niinistö Rusiya tərəfindən heç bir təhdid gözləməməsinin səbəblərini açıqlayıb.

Alman qəzeti “Frankfurter Allgemeine”yə müsahibə verən Finlandiya prezidenti Rusiyanın onlara hücum etməsi üçün heç bir əsaslarının olmadığını qeyd edib.

“Şübhə edirəm ki, Rusiya Pribaltika ölkələrinə hücum edə bilər. Özəlliklə də Finlandiyaya” – deyə açıqlama verən Sauli Niinistö Finlandiyanın Şimali Atlantika alyansına qoşulmaq fikrinin olmadığını vurğulayıb.

Həmçinin dövlət başçısı əlavə edib ki, rəsmi Moskva Helsinkinin siyasi mövqeyini dəstəkləyir: “Bəzi fikir ayrılıqları isə, münasibətlərimizə zərər vermir. Rusiya bizim mövqeyimizi bilir. Onlar bilirlər ki, biz çox inadkar ola bilərik. Ancaq bu halda belə Rusiya Federasiyası ilə münasibətləri qorumaq bizim üçün çətin deyil”.

Müsahibəsində Niinistö Ağ Ev rəhbəri Donald Trampla görüşü zamanı ona verdiyi məsləhəti xatırladıb: “Putinlə görüş zamanı çox ehtiyatlı olmaq lazımdır. O, həmişə hazırlıqlı gəlir. Olduqca yaxşı hazırlaşır”.

Xatırladaq ki, Rusiya prezidenti ilə Finlandiyanın dövlət başçısı arasında görüş avqustun 22-də Soçidə baş tutub.



Xəbərin oxunma sayı : 100




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap