Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Firdovsi Umudov: “Bayrağı bu cür yüksəldərlər”

Tarix 10.04.18, 0:53

Font ölçüsü : - / +
bitmap-img6


"Dünyanın ən nəhəngləri ilə döyüşüb ikinci yeri tutmaq özü böyük uğurdur   

Amma biz özümüzü birinci yerin sahibi kimi hiss edirik. Zədəli idmançılara və müəyyən basqılara baxmayaraq, sonuna qədər mübarizə aparıb bayrağımızı dalğalandırmağı bacardıq. Nəticədə Azərbaycan aprelin 7-8-də ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında ikinci yeri qazandı". 

Bunu Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov ABŞ-ın Ayova şəhərində keçirilən Dünya Kuboku yarışında mübarizə aparan Azərbaycanın sərbəst güləş üzrə milli komandasının çıxışını dəyərləndirərkən deyib.

"Bu, bütün Azərbaycanın uğurudur. Bu qələbə ölkə başçısı İlham Əliyevin idmana olan diqqət və qayğısının nəticəsidir. O daim xalqının, idmançıların yanındadır. Biz də öz növbəmizdə prezidentin bizə göstərdiyi etimadı doğrultmaq üçün mübarizə apardıq. Söz verdiyimiz kimi də qələbəmizi 2016-cı ilin aprel ayında vətən uğrunda şəhid və qazi olmuş qardaşlarımıza həsr etdik”, - o bildirib. 



I vitse-prezident sosial şəbəkələrdə ölkəmizə, dövlətçiliyimizə qarşı əks təbliğat aparanlara, qara yaxmağa çalışanlara ABŞ-dan bir fikirlə səslənib: “Bayrağı bu cür yüksəldərlər”. 

F.Umudov qeyd edib ki, sosial şəbəkələrdəki “qarayaxma kampaniyası”, təzyiq cəhdləri Azərbaycan xalqını öz yolundan döndərmək iqtidarında deyil: “Azərbaycan xalqı, eləcə də bütün idmançılar İlham Əliyevin ətrafında möhkəm dayanıb. Biz hər birimiz dövlətin imicinə xələl gətirən hər hansı kampaniyaya qarşı dayanmışıq. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın inkişafını və gücünü öz qələbəmizlə sübuta yetirə bildik. Dünyanın nəhəng ölkələri arasında yer almaq özü böyük uğurdur. Təbii ki, bizi başqa yarışlar da gözləyir. Biz daim ölkə başçısının diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. İlham Əliyevin bizə olan etimadını doğrultmaq üçün növbəti qələbələrə hazırlaşırıq”. 

Sonda federasiyanın I vitse-prezidenti 11 aprel prezident seçkiləri günü hər kəsi İlahm Əliyevə səs verməyə çağırıb: “Azərbaycanın uğurlarını gözü götürməyənlərə qarşı xalqımız bir olmalıdır. Buna görə də inanıram ki, bütün xalqımız, xüsusilə idmançılarımız aprelin 11-də seçki məntəqələrinə gəlib İlham Əliyevə səs verəcək və “İlhamla irəli!” deyəcək. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz hələ çox qələbələrə imza atacağıq”.











Xəbərin oxunma sayı : 478




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap