Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Formula-1 “start qızları”ndan imtina edib

Tarix 01.02.18, 18:11

Font ölçüsü : - / +
bitmap-img6


Formula-1 yarışlarında bu ildən etibarən qızların startda avtotrekə çıxması təcrübəsinə son qoyulacaq

AzFakt.com oxu.az-a istinadən xəbər verir ki, dəyişiklik həftəsonları keçirilən digər Qran-Pri avtoyarışlarına da tətbiq olunacaq.

Bu, onunla əlaqələndirilir ki, gözəl qızlar yarışın promouterləri və tərəfdaşlarına öz ölkələrini və məhsullarını nümayiş etdirməyə mane olur.

"Son ildə biz bir neçə yarışa diqqət yetirdik. Hiss etdik ki, bu böyük idmanın görüntüsü ilə əlaqədar olaraq yenilənməyə daha çox ehtiyac var.

Startda qızların peyda olması onillər ərzində Formula-1 Qran-Pri yarışlarının ayrılmaz hissəsi olsa da, bu ənənənin bizim brend dəyərlərinə və bu günün sosial normalarına zidd olduğunu düşünürük. İnanmırıq ki, bu təcrübə Formula-1 və onun dünyanın dörd bucağından olan istər yeni, istərsə də köhnə fanatları üçün uyğun və məqbuldur", - deyə Formula-1 Kommersiya Əməliyyatları üzrə icraçı direktoru Şon Bretçis bildirib.

Qeyd edək ki, Formula-1 yarışları martın 25-də Melburn Qran-Prisi ilə start götürəcək. Azərbaycan Qran-Prisi isə aprelin 27-29-da Bakıda keçiriləcək.



Xəbərin oxunma sayı : 184




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap