Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Azərbaycanda problemi kreditlərin həlli yolları:ekspert hökumətə təkliflər ünvanladı (Təhlil)

Deputatla icra başçısı arasında “30 minlik“ qalmaqal - Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Qars-Naxçıvan dəmiryol xəttinin inşası Ermənistanı qorxuya salıb: “Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

Fransa Amerika vassallığından imtina etdi:avropalılar vahid ordu yarada biləcəklərmi? – Təhlil

Tarix 16.11.18, 13:45

Font ölçüsü : - / +
bitmap-img6


İvan Preobrajenski

rosbalt.ru, 15.11.2018

Emmanuel Makron müstəqil hərbi siyasətdə öz iddialarının bütün  ciddiyyətini Donald Trampa nümayiş etdirmək üçün böyük münaqişəyə hazırdır.

ABŞ Fransa prezidentinin, nəhayət, artıq “vahid Avropa”nın meydana çıxdığı gündən söz-söhbəti oertalığa çıxmış vahid Avropa ordusu yaratmaq təklifindən tamamilə narazıdır. Amerika prezidentini tvitlərinə əsasən, onu hər şeydən çox qəzəbləndirib ki, Emmanuel Makron Avropa Birliyinin müdafiə olunmasının gərəkdiyi ölkələrin adını çəkərək ABŞ, Çin və Rusiyanı bir sıraya qoyub. Amerika lideri çox da düşünmədən fransız həmkarının təşəbbüsünü hətta I və II dünya savaşları öncəsi Almaniya siyasətiylə tutuşdurub. Ki bu da Donald Trampın atasının alman mühaciri ailəsində doğulduğu nəzərə alınmaqla xüsusən maraqlıdır.

Fransızlar, ola bilsin, əsas müttəfiqləri – Almaniya kansleri Angela Merkelin qəlbinə dəyməmək üçün Amerika prezidentinin hücumuna cavab verəndə nəzakətdən bunu yada salmağa başlamayıblar. Fransa hökuməti təmsilçisi, sadəcə, Trampa məsləhət görüb ki, ədəb qaydalarını  unutmasın, Makron isə xatırladıb ki, Fransa ABŞ-ın vassalı deyil, müttəfiqidir, gecələməyə isə Fransanın “Şarl de Qoll” aviadaşıyıcısına yollanıb. Bu azmış kimi, bu “bizim özümüzdə də revolver tapılar” silsiləsindən açıq siqnaldır, elə belə də bu adda gəminin seçilməsi, çətin ki, təsadüf olsun.

Məlum olduğu kimi, general de Qoll ABŞ-la həm iqtisadi, həm də hərbi-siyasi baxımdan yetərincə qəliz münasibətlərdə olub. Xüsusən də NATO-nun mənzil qərargahını Fransadan qovub və ölkəsinin bu hərbi bloka yalnız prezident Nikol Sarkozi dönəmində tam bərpa edilmiş üzvlüyünü məhdudlaşdırıb. General SSRİ-yə də səfər edib – ümumiyyətlə indi “çoxyönlü siyasət” deyilənlə  məşğul olub.

Bu fonda o qədər də təəccüblü deyil ki, Makronun təklifi təkcə Angela Merkelə deyil, həm də Rusiya prezidenti Vladimir Putinə də xoş gəlib. O, Makrona açıq dəstək ifadə edərək ümid edib ki, Avropa Birliyi daha müstəqil olacaq və özünü müdafiə edə biləcək. Moskvada aşkar hesab edirlər ki, Avropada vahid ordunun meydana çıxması avropalılarla təhlükəsizlik sahəsində əməkdaşlığı asanlaşdıracaq, çünki qitədə ABŞ-ın nüfuzunu azaldacaq.

Amma burası da var ki, Kreml burada yanıla da bilər. Makronun hərəkəti və AB-nin vahid ordusunu qurmaq ideyası avropalıların müdafiəsi və NATO çərçivəsində qorunmasında ABŞ-ın xidmətinə pul ödəməyi açıq mətnlə tələb edən Trampın kəskin siyasətinə cavabdır. Amma Amerikanın indiki prezidenti 2020-də seçkiləri uduzarsa, Parisdə və Berlində bu planları tezliklə unuda bilərlər. Xüsusən də bunu gerçəkləşdirmək göründüyü qədər də asan olmadığı üçün.

Prinsipcə AB-də onsuz da birgə hərbi bölmələr var, ən böyük ordular, yəni Mərkəzi və Şərqi Avropa ölkələrinin artıq kiçik tərəfdaşlar (bu da onların ordularının ölçüsünə uyğundur) hüququyla qoşulduğu Almaniya, Fransa və Polşa arasında əməkdaşlıq gedir. Böyük Britaniyanın 2019-un yazına gözlənilən AB-dən çıxmasıyla Avropa Birliyində vahid ordunun yaranmasının bir əleyhdarı azalacaq. Amma bu bildirmir ki, Polşa, ABŞ-a yön götürmüş Baltikyanı respublikalar, sülhsevər Skandinaviya və yaxud Balkan dövlətləri Emmanuel Makronun təklifini sevinclə dəstəkləyəcək.

Angela Merkelin düzgün qeyd etdiyi kimi, vahid Avropa ordusuna hələ çox var. Yeri gəlmişkən, Almaniyada növbəti seçkilərdən sonra federal kansler qaçılmaz şəkildə dəyişiləndən sonra onun özü də bu layihənin gərəkliyinə şübhə edə bilər. Axı Merkel artıq elan edib ki, fəal siyasətdən gedəcək. Makron da bunu əla başa düşür.

Donald Trampın düzgün gördüyü kimi, indi Fransa prezidentinin reytinqi aşağıdır və o, ehtimal ki, ABŞ-dan məğrur müstəqillik sərgiləməklə bunu qaldırmağa çalışır. Bunun ölkəyə hansı faydası olacağı hələ aydın deyil, amma Fransa seçiciləri də rusiyalılar kimi Birləşmiş Ştatları tənqid edən siyasətçiləri sevirlər. Belə ki, orada AB-yə, yəqin ki, mane olmayacaq vahid Avropa ordusuyla bağlı işlər gələcəkdə hər necə olsa da, indi ölkə daxilində Makronun reytinqi qalxa bilər.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 151

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda