Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Fransa dünya çempionu oldu - DÇ 2018 + Video

Tarix 16.07.18, 1:57

Font ölçüsü : - / +
bitmap-img6


Futbol üzrə Fransa milli komandası tarixində ikinci dəfə dünya çempionu olub.

“Report”un məlumatına görə, Didye Deşamın baş məşqçi olduğu kollektiv Rusiyadakı mundialın finalında Xorvatiya yığmasını məğlub edib – 4:2. Hesabı 18-ci dəqiqədə xorvatiyalı hücumçu Mario Mancukiç açıb. Lakin o, topu öz qapısına göndərib. Bundan 10 dəqiqə sonra İvan Perişiç bərabərlik qolunu vurub. 38-ci dəqiqədə isə argentinalı baş hakim Nestor Pitana VAR sisteminə müraciət edildikdən sonra Xorvatiyanın qapısına penalti təyin edib. O, Perişiçin əllə oyununu qayda pozuntusu kimi dəyərləndirib. Nəticədə Antuan Qrizmann penaltini dəqiq yerinə yetirib.

Fasilədən sonra tərəflər daha 3 qol vurublar. 59-cu dəqiqədə Pol Poqba, 65-ci dəqiqədə Kilian Mbappe fərqi artırıb. 69-cu dəqiqədə isə Mario Mancukiç qapıçı Uqo Lyorisin səhvindən sonra fərqi azaldıb.

Beləliklə, Fransa 1998-ci il mundialından sonra ikinci dəfə dünya çempionu olub. Deşam isə Mario Zaqallo (Braziliya) və Frants Bekkenbauerdən (Almaniya) sonra həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu olan üçüncü baş məşqçiyə çevrilib.

Qeyd edək ki, komandalar meydana aşağıdakı tərkibdə çıxıb:

Fransa: Lloris, Pavar, Varan, Umtiti, Ernandes, Kante, Poqba, Matyuidi, Qrizmann, Jiru, Mbappe

Baş məşqçi: Didye Deşam

Xorvatiya: Subaşiç, Vrsalko, Striniç, Lovren, Vida, Rakitiç, Modriç, Brozoviç, Perişiç, Rebiç, Mandzukiç

Baş məşqçi: Zlatko Daliç







Xəbərin oxunma sayı : 718




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap