Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Fransa prezidenti 4 naziri birdən dəyişdi

Tarix 16.10.18, 18:17

Font ölçüsü : - / +
bitmap-img6


Fransa prezidenti Emmanuel Makron bu gün hökumətdə ciddi dəyişikliklər həyata keçirib.

Musavat.com-un “Le Monde” qəzetinə istinadən verdiyi xəbərə görə, prezident Daxili Işlər, Mədəniyyət, Ərazilərin Idarə Olunması və Kənd Təsərrüfatı nazirliklərinin rəhbərliyinə yeni isimlər gətirib.

Bu yaxınlarda istefa verən daxili işlər naziri Jerar Kolonun yerinə prezidentin yaxın adamı Kristof Kastaner təyin olunub. Jerar Kolonun qarşıdan gələn bələdiyyə seçkilərində Lion şəhərinin meri postu uğrunda yarışa qoşulmaq üçün istefa etdiyi söylənilir.

Kastanerə gəlincə, onun Makronun ən yaxın adamı olduğu bilinir. K.Kastaner uzun müddət Sosialist partiyasında fəaliyyət göstərib. Həmin partiyadan Forkalkye şəhərinin meri, eyni zamanda Yuxarı Provans Alpları departamentindən Fransa Milli Assambleyasının deputatı olub (Fransada eyni şəxs həm mer, həm də deputat ola bilər). 

Emmanuel Makronun Fransa siyasətində önə çıxmasından sonra onun yanında yer alan K.Kastaner ən son hökumətdə Parlamentlə əlaqələr üzrə dövlət katibi vəzifəsini tuturdu. Kastaner həmçinin hakim “İrəli Fransa” partiyasının lideridir.

Mədəniyyət naziri vəzifəsinə təyin ounan Frank Riester keçmiş sağçıdır. Yeni nazirin homoseksual və Fransada eynicinsli evlilik haqqında qanunun müəlliflərindən biri olduğu hər kəsə məlumdur.

Ərazilərin idarə edilməsi və bələdiyyələrlə iş üzrə nazirliyə Luar e Şer departamentinn senatoru Jaklin Quro rəhbərlik edəcək.

Makron kənd təsərrüfatı sahəsini keçmiş sosialist, senator Didye Giyoma etibar edib.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap