Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Frenk Elkaponi Azərbaycan prezidentliyinə seçkilərdə iştirakdan imtina etdi

Tarix 01.11.17, 1:02

Font ölçüsü : - / +
bitmap-img6


Daha çox Frenk Elkaponi kimi tanınan məşhur biznesmen Fizuli Məmmədov Azərbaycanda gələn il keçiriləcək prezident seçkilərində iştirakdan imtina edib.

Virtualaz.org xatırladır ki, biznesmen bir neçə gün əvvəl “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində "Azərbaycandakı prezident seçkilərində siz öz səsinizi kimə verəcəksiniz" sualı ilə onlayn-səsvermə keçirmişdi. Orada prezidentliyə namizədlərdən biri kimi Fizuli Məmmədovun öz adı göstərilmişdi.

Fizuli Məmmədov yerli KİV-lərə  verdiyi açıqlamasında bəyan edib ki, o yanlış anlaşılıb və onun seçkilərdə iştirak etmək planı yoxdur.

"Bu ki hüquq cəfəngiyyatıdır. Azərbaycanın Konstitusiyasına əsasən prezident vəzifəsinə namizəd son 10 il ərzində bu ölkənin ərazisində yaşamalıdır. Mən isə artıq uzun müddətdir ki, Azərbaycanda yaşamıram. Bundan başqa, mənim Rusiya və İtaliya vətəndaşlığım var. Yəni sırf hüquq nöqteyi-nəzərdən, mən seçkilərdə iştirak edə bilmərəm”, - o vurğulayıb.

Frenk Elkaponi, həmçinin xahiş edib ki, onun adı narkotiklərin dövriyyəsi ilə bağlı qalmaqalda hallandırılmasın: "Bu 17 il əvvəl olub. Bütün təhrikçilər, hansılar ki, bu ittihamın arxasında dururdular, azadlıqdan məhrum ediliblər. Həmin ittihamlar çoxdan geri çəkilib".



Xəbərin oxunma sayı : 196




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap