Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Fuad Cəbrayılov Zakir Fərəcova etdiyi xəyanətin bədəlini ödəyə biləcəkmi?

Tarix 28.06.19, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayon İcra hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılov yaxın zamanlarda vəzifədən azad oluna, hətta həbs edilə bilər. Buna səbəb isə Abşeron rayonundan ölkənin ali instansiyalarına ünvananan çoxsaylı şikayət məktublarıdır.
 
AzFakt.com-un əldə etdiyi məlumata görə Abşeron İcra hakimiyyəti ilə bağlı Prezident Adminstrasiyasına vətəndaşlar tərəfindən edilən çoxsaylı şikayətlərin səbəbkarı məhz Fuad Cəbrayılovdur. Çünki Abşeron rayonunda ev, obyekt və sair kiçik tikintilərin "icazəsi" ilə Fuad Cəbraylov məşğul olur. İcra başçısı müavinin yaratdığı "dəstələr" Abşeron rayonunda kənd və qəsəbələri dolaşaraq vətəndaşların tikinti işlərinə "nəzarət" edirlər. Bu nəzarətin necə və nə cür olduğunu bilməyən yoxdur. Amma Fuad Cəbrayılovun "xüsusi" nəzarətçiləri çox vaxt vətəndaşları get-gələ, çətinliklərə salaraq onlardan daha çox pul qopratmaq istəyirlər. Başçı müavininə bağlı adamların haqsızlıqları isə vətəndaşların narazılığına və onların yuxarı dairələrə şikayət etmələrinə gətirib çıxardıb.

Qeyd edək ki, bir müddət əvvəl Abşeron icra başçısının müavini Fuad Cəbrayılovun həm sürücüsü, həm də köməkçisi kimi tanınan Elmir adlı şəxsin ölkədən qaçması barədə mətbuatda məlumatlar dolaşmışdı. Qeyd edək ki, Elmir adlı şəxs Abşeron İcra Hakimiyyətində Fuad Cəbrayılov tərəfindən kabinetlə təmin edilmişdi və orada qanunsuz tikililərdən yığılan pullara nəzarəti həyata keçirirdi. Ancaq sonradan vətəndaşların Fuad Cəbrayılov və Elmir adlı şəxsin özbaşınalıqları barədə Prezident Adminstrasiyanına etdikləri çoxsaylı şikayətlər yuxarı dairələri hərəkətə keçirtdi. 

Bu hadisədə sonra Fuad Cəbrayılovun "sağ əli" müəmmalı şəkildə yoxa çıxdı. 

AzFakt.com-a verilən ilginc məlumatda vurğulanır ki, Fuad Cəbrayılov vəzifədən azad olunmasından daha çox bir zamanlar onun əlini çörəyə çatdırmış insanın ondan qisas ala biləcəyindən qorxur. Çünki başçı müavini bir vaxtlar biət etdiyi və onu hazırkı vəzifəyə qoyduğu Sumqayıt icra başçısı Zakir Fərəcova qarşı xəyanət edib, desək, heç də yanılmarıq. 

Əldə etdiyimiz məlumatda vurğulanır ki, Fuad Cəbrayılova yaxın olan media qurumlarında daim Sumqayıt İca başçısı Zakir Fərəcov tənqid edilir.

Başçı müavinin bu işləri barədə isə Zakir Fərəcovun xəbərdar olduğu, ancaq hər hansı tədbir görmədiyi deyilir.
 
Mənbəmiz bildirir ki, Sumqayıt İcra başçısı sadəcə vaxt və "münbit şərait" gözləyir. Mənbə deyir ki, Zakir Fərəcov həyatda iki tip insanları unutmur: sədaqətliləri və xəyanətkarları. Fuad Cəbrayılov isə Zakir Fərəcovun "sadəqətlilər qrafası"ndan çoxdan silinib. 
 
Zakir Fərəcov kimi nəhəngin qəzəbindən qurtulmağın yollarını arayan, hələ də "MTN-nin podvalı"nın qoxusu burnundan getməyən Fuad Cəbrayılovun düşdüyü "labirint"dən çıxa bilməyəcəyi görünür...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 1675




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap