“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü

Tarix 03.07.25, 13:30

Font ölçüsü : - / +
bitmap-img6


Futbol dünyası portuqaliyalı hücumçu Diogo Jotanın qəfil və faciəvi ölümü ilə sarsılıb. 

İngiltərənin “Liverpool” klubunda çıxış edən 28 yaşlı ulduz futbolçunun vəfatı azarkeşlər və futbol ictimaiyyəti arasında dərin kədər yaradıb.

Rəsmi məlumatlara görə, Diogo Jota keçirdiyi ağır yol qəzası nəticəsində həyatını itirib. Qəza zamanı baş verən yanğında Jotanın 26 yaşlı qardaşı Andre də onunla birlikdə həlak olub. 

Qeyd edək ki, portuqaliyalı futbolçu Diogo Jota son illərdə Avropa futbolunun diqqət mərkəzində olan oyunçularından biri sayılırdı. Futbol karyerasına Portuqaliyanın “Gondomar” klubunun akademiyasında başlayan Jota daha sonra “Paços de Ferreira” klubunda peşəkar səviyyəyə keçid edib. 2016-cı ildə İspaniyanın “Atletiko Madrid” klubuna transfer olunsa da, burada əsas heyətdə az şans qazanıb. Gənc oyunçu inkişafını davam etdirmək üçün əvvəlcə “Porto”ya icarəyə verilib, daha sonra isə İngiltərənin “Wolverhampton Wanderers” klubuna keçib. Diogo Jota son illərdə “Liverpool” klubunun əsas heyət üzvlərindən biri idi. D.Jota Portuqaliya millisinin heyətində 49 oyuna çıxıb və 14 qola imza atıb. 







Xəbərin oxunma sayı : 244




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap