Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Futbolumuzda nə baş verir? - 4 klub AFFA-ya qarşı

Tarix 13.06.20, 23:36

Font ölçüsü : - / +
bitmap-img6


Gələn həftə AFFA 2019/20 Azərbaycan Premyer Liqası ilə bağlı qərar verəcək.

Qol.az-ın əldə etdiyi məlumata görə, qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-də keçiriləcək videokonfrans formatındankı toplantısından sonrakı günlərdə veriləcək.

Qeyd edək ki, hazırda AFFA Azərbaycanda futbol mövsümünü dayandırmaq haqda düşünür. Baxmayaraq ki, bir müddət əvvəl çempionatın iyunun 21-də davam etdirilməsinə dair qərar çıxarılıb. Amma futbol qurumları Azərbaycanda son günlər koronavirusa yoluxanların statistikasının artdığını əsas gətirərək fikrindən dönüb. Artıq Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin klublara məktub da göndərib.

Məktubda bildirilib ki, hazırkı şərtlər altında klublar çempionatın davam etdirilib-etdirilməməsi ilə bağlı öz mövqelərin yazılı şəkildə PFL-ə göndərməlidir Bundan başqa, çempionatın bərpasını istəyən klub hazırkı karantin rejimi ilə bağlı yarana biləcək bütün problemlərə görə məsuliyyəti də öz üzərinə götürməlidir. Bu isə deməkdir ki, AFFA koronavirusa mümkün yoluxma riskinə görə məsuliyyəti üzərinə götürmək istəmir və hər şeyə görə klubları cavabdehlik qarşısında qoyur.

Maraqlıdır ki, R.Musayev məktubunda onun göndərilmə tarixi kimi 12 iyun göstərilir. Və elə həmin günə də klublardan cavab istənilir. Belədirsə, klublar bir neçə saat ərzində ətraflı müzakirə, həkimlərlə məsləhətləşmə aparmadan PFL-ə (AFFA-ya) necə cavab versin? Məntiq yoxdur.

sportinfo.az saytının xəbərinə görə isə, milli assosiasiyaya yaxın klublardan “Keşlə”, “Sumqayıt”, “Səbail” və “Neftçi” çempionatın erkən bitirilməsinə tərəfdar çıxıb. “Qarabağ”, “Zirə”, “Sabah” və “Qəbələ” isə əksinə, mübarizənin sonadək oynanılmasını istəyir. Bir neçə gün əvvəl Premyer Liqanın lideri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov bildirib ki, onlar çempionatın sonadək oynanılmasını dəstəkləyirlər:

“Biz futbolçular istəyirik ki, oynayaq, çempionat başa vurulsun. İdman prinsipləri deyilən bir şey var. Biz xal fərqi ilə irəlidəyik, ancaq burada başqa komandaların da haqları var. Biz istəmərik ki, çempionat vaxtından əvvəl başa vurulsun. Bunu digər rəqiblərə qarşı haqsızlıq kimi görürük. İstəyirik ki, çempionat təmiz idman prinsipləri ilə başa vurulsun. Amma futboldan əvvəl əsas millətimizin sağlığıdır. Qərar verilib ki, çempionat davam etdiriləcək. Ancaq hər gün statistiklara, göstəricilərə baxılır və ona uyğun olaraq qərarlar dəyişilə bilir. Biz hər şeyə hazırıq”


Qol.az-ın əldə etdiyi xəbərə görə, Azərbaycanda hazırkı futbol mövsümü ilə bağlı qərarın iyunun 18-də açıqlanacağı gözlənilir. 

Ramin Musayevin bu məktubu öz iradəsindən tamamilə kənar yazdığına dair redaksiyamıza məlumat da daxil olub. Qeyd edilir ki, əslində Peşəkar Futbol Liqası çempionatın davam etdirilməsinə tərəfdardır. Sadəcə, məcburiyyət qarşısında,  AFFA-nın təsiri ilə klublara həmin məktubu ünvanlayıb. 

Ramin Musayevin klublara göndərdiyi məktubun surəti






Xəbərin oxunma sayı : 1030




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap