Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Gücünə güc qatan nüvə dövlətləri…- Arsenalların yenilənməsinə fantastik pullar xərclənir

Tarix 19.06.18, 0:29

Font ölçüsü : - / +
bitmap-img6


Ötən bir il ərzində dünyada nüvə silahının sayında azalma olsa da, bu silaha sahib ölkələr öz arsenallarını aktiv şəkildə modernləşdiriblər. Bu barədə Stokholm Sülh Problemlərini Araşdırma İnstitutunun(SIPRI) bu gün yayılan hesabatında deyilir

2017 – nüvə əleyhdarları üçün əlamətdar il olub. BMT-nin 122 ölkəsi heç vaxt və heç bir şərtlər altında nüvə silahından istifadə etməyəcəyinə dair öhdəliyin əks olunduğu razılaşmanı təsdiq edib.

SIPRI-ın hesablamalarına görə, hazırda dünyada ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyaya məxsus 14465 nüvə başlığı var. Və bu ölkələrin heç biri öz nüvə arsenallarından imtina etmək fikrində deyil.

Ötən illə müqayisədə nüvə başlıqlarının sayında cüzi azalma (14 935-dən 14465-ə enib) olub. Ekspertlər də hesabat müəllifləri ilə razılaşaraq bildirirlər ki, kəmiyyətdə azalma, keyfiyyətdə yüksəliş olub.



Ekspert Şennon Kaylın dediyinə görə, bu sahədə modernləşmə həm də köhnə silahların yeniləri ilə əvəzlənməsi ilə müşahidə olunur: “Bəzi silah növlərinin 40-50 il yaşı var. Ona görə də yeni imkanlara sahib yeni texniki funksiyalı nüvə silahları istehsal olunur”.

Birləşmiş Ştatlar bu ilin fevralında yenilənmiş nüvə doktrinasını elan edərkən yeni növ nüvə silahları istehsal etdiyini təsdiqləmişdi.

Həmin sənəddə qeyd olunur ki, Vaşinqton nüvə silahını Birləşmiş Ştatların təhlükəsizliyini təmin edən əsas vasitə sayır. Doktrinada qitələrarası ballistik raketlər, strateji aviasiya, atom sualtı qayıqlar daxil olmaqla, nüvə arsenalını müasirləşdirmək təklif olunur.

Bununla yanaşı, Vaşinqton yeni silah sistemlərinə, xüsusən də aşağı güclü nüvə bombalarının inkişafına sərmayə qoymağa hazırlaşır: “Hazırda ABŞ “Ohayo” sinifli 14 atom sualtı qayığa sahibdir. Bu qayıqlar 12 ədəd “Kolumbiya” sinifli atom sualtı qayıqlarla əvəzlənəcək. Qitələrarası ballistik raketlərin sayı 300-dür. 2029-cu ildə onlar yeniləri ilə əvəzlənəcək”.

Doktrinada ABŞ-ın nüvə silahından hansı hallarda istifadə edə biləcəyinə də toxunulur. Bildirilir ki, yalnız istisna hallarda bu yola əl atıla bilər. Məsələn, ölkənin və ya onun müttəfiq və tərəfdaşlarının həyati əhəmiyyətli maraqlarını qorumaq zərurəti yaranarsa: “Bu halda Birləşmiş Ştatlar hər hansı münaqişəyə minimum itki, daha çox qazancla son qoymağa çalışacaq”.

Doktrinada Vaşinqton ilk dəfə bəyan edib ki, qeyri-nüvə qüvvələrinə qarşı cavab tədbiri kimi, nüvə zərbəsindən istifadə oluna bilər: “ABŞ elə etməlidir ki, potensial düşmənlər nüvə silahından ilk olaraq istifadənin necə nəticələnəcəyini tam dərk etsinlər”.

Almaniyanın özünün nüvə silahı olmasa da, Byuxel aviabazasında ABŞ-a məxsus 20-yə yaxın B61 tipli nüvə bombasının saxlanıldığı bildirilir. Və onların da daha müasirləri ilə əvəzlənəcəyi deyilir.

Vaşinqton 2016-cı ilədək nüvə arsenalının yenilənməsinə 400 milyard xərcləməyi düşünür.

Ş.Kayl Hindistan və Pakistanın da silahlanma yarışından kənarda qalmadığını deyir: “Bu ölkələr öz nüvə silahlarını təkmilləşdirir. Eyni zamanda nüvə yanacağı əldə etmək üçün istehsal qabiliyyətlərini artırırlar. Nüvə silahı hələ də nüvə güclərinin əsas müdafiə strategiyası olmaqda davam edir”.

Ekspert Vahinqtonla Moskva arasındakı gərginliyin nüvə silahlarına nəzarətə dair razılaşmaya təhdid yaradacağından ehtiyat edir: “ABŞ-la Rusiya arasındakı siyasi-strateji münasibətlərin faktiki olaraq çöküş yaşaması məndə narahatlıq yaradır. Çünki dünya nüvə arsenalının 92 faizi bu iki ölkənin payına düşür”.

Kayl hesab edir ki, “SNV-III” nüvə daşıyıcılarının və başlıqlarının qarşılıqlı azaldılması barədə müqavilənin müddəti başa çatana (2021-ci ilə) qədər yeni razılaşma əldə olunmasa, vəziyyət çətin olacaq: “Biz Barak Obamanın 2009-cu ildə danışdığı nüvə silahsız dünya perspektivindən açıq şəkildə uzaqlaşırıq”.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp “SNV-III” müqaviləsini birtərəfli adlandırıb və onu dəstəkləmədiyini bəyan edib. “SNV-III” müqaviləsi Rusiya ilə ABŞ arasında 2010-cu ildə imzalanıb və 2011-ci ildə qüvvəyə minib.



9 nüvə gücünün fəaliyyətini daimi olaraq izləyən Ş.Kaylı ötən il daha çox Şimali Koreyanın bu sahədə nümayiş etdirdiyi texniki uğurlar – nüvə başlıqlı raketlərin sınaqdan keçirilməsi təəssüfləndirib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen arasında keçirilən görüşün Pxenyanın nüvəsizləşdirilməsinə töhfə verəcəyini proqnozlaşdırmaq çətindir: “Mən bunu şübhə ilə nəzərdən keçirirəm. Amma eyni zamanda, bu görüş qarşılıqlı etimadın artırılması üçün qapı açdı”.

SIPRI-ın hesabatında o da qeyd olunur ki, soyuq müharibənin başa çatmasından bu yana dünyada müdafiə xərcləri heç vaxt 2017-də olduğu qədər olmamışdı. Belə ki, hərbi xərclər 1,739 trilyon dollara qədər artıb.

Məsələn, Çinin hərbi büdcəsi 5,6 faiz artaraq 228 milyard dollara çatıb. Şərqi Avropa ölkələri 2017-ci ildə bir əvvəlki ilə nisbətən müdafiə xərclərini əhəmiyyətli dərəcədə azaldıblar. Mərkəzi və Qərbi Avropa ölkələri isə əksinə, artırıblar.

Rəsmi məlumatlara əsasən, Almaniya ötən il müdafiə xərclərinə 37 milyard avro (2016-cı ildəkindən 2 milyard avro daha çox) ayırıb. Ən böyük müdafiə büdcəsi olan ölkə isə ABŞ olub – 610 milyard dollar. Növbəti yerləri isə Çin, Səudiyyə Ərəbistanı və Rusiya tutub.

Qeyd edək ki, dünya «nüvə klubu»nun 5 rəsmi, 4 qeyri-rəsmi üzvü var. “Nüvə klubu” nüvə silahına malik olan dövlətlərin qeyri-rəsmi adıdır. Burada ilkə imza atan Birləşmiş Ştatlardır. ABŞ ilk dəfə atom bombasından 1945-ci ilin iyun ayında istifadə edib. ABŞ-ın ardınca meydana öz atom arsenalı ilə SSRİ (1949), Böyük Britaniya (1952), Fransa (1960) və Çin (1964) çıxıb. Bu beş dövlət “nüvə klubu”nu təşkil edib və dünya ölkələrinin bir çoxu nüvə silahının yayılmaması üzrə saziş imzaladıqdan sonra – 1970-ci ildə bu kluba giriş qapadılıb.

Bu sazişə imza atmayanlar da olub – İsrail, Hindistan, Şimali Koreya və Pakistan. Bu ölkələr “nüvə klubu”nun qeyri-rəsmi üzvləridirlər. Hindistan ilk dəfə 1974-cü ildə nüvə silahını gizli şəkildə sınaqdan keçirib. İkinci sınaq 1998-ci ildə olub. Bu dəfə açıq şəkildə. Elə həmin il Hindistanın əsas rəqibi Pakistan da atom bombasını işə salıb.


Şimali Koreya isə nüvə silahını 2006-da üzə çıxarıb. Nüvə silahına sahiblənməklə Hindistan Çindən, Pakistan Hindistandan, Şimali Koreya isə ətrafındakı hər kəsdən, eləcə də ABŞ-dan qorunmağa çalışıb.

İsrail bu məsələdə xüsusi statusa malikdir. Bu ölkə nüvə silahına sahib olması ilə bağlı iddiaları nə təsdiq, nə də təkzib edir. Ekspertlərin bu məsələdə qənaəti isə yekdildir – İsrailin nüvə silahı var.

Nüvə silahına sahib olmaq cəhdləri Cənubi Afrika Respublikası tərəfindən də görülüb. Lakin 1991-ci ildə beynəlxalq ictimaiyyətin təzyiqləri altında ölkə bu niyyətindən əl çəkməli olub.

Müxtəlif illərdə müxtəlif ölkələr (İsveç, Braziliya, İsveçrə, Misir) öz hərbi-nüvə proqramlarını həyata keçirirdilər. İran nüvə bombası hazırlamaq niyyətinə görə dəfələrlə ittiham olunub. Bununla belə Tehran israrla bildirirdi ki, bunu dinc məqsədlərlə edir.

Hindistan, İsrail, Pakistan və Şimali Koreya “nüvə klubu”na rəsmən daxil olmur. Bunun bir səbəbi odur ki, nüvə silahına ilk sahib olan ölkələr ona sahiblik hüququnu da qazanıblar. Digər səbəb isə odur ki, bu ölkələr stabil siyasi recimlər tərəfindən idarə olunurlar ki, bu da nüvə silahının terrorçuların əlinə düşməyəcəyinə müəyyən qədər təminat verir.

SIPRI-ın hesabatında son illər hərbi məhsulların ticarətində də böyük artım olduğunu qeyd edirlər. Müdafiə məhsullarının ən böyük ixracatçıları arasında ilk yerləri ABŞ və Rusiya tutur. Onlardan sonra Fransa və Almaniya gəlir.




Xəbərin oxunma sayı : 436




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap