“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Gültəkin Hacıbəylinin diplomatlarla danışığı yayıldı – Mitinqlə bağlı

Tarix 21.10.19, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin oktyabrın 19-da, rəhbərliyində təmsil olunduğu qurum razılaşdırılmamış aksiya keçirdiyi zaman ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilliam Solly ilə danışığının audio yazısı yayılıb.

APA-nın məlumatına görə, səs yazısını Real TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu “Mirşahin vaxtı” proqramında yayıb.

G. Hacıbəyli səs yazısında evində internet kəsildiyi üçün yaza bilmədiyini qeyd edir, aksiya ilə bağlı məlumat verir. ABŞ diplomatı isə xanım Hacıbəyliyə internet bərpa olunan kimi geniş məlumat yazmağı tapşırır və şəhərdə prosesi izlədiyini bildirir.

Proqramda, həmçinin, G.Hacıbəylinin Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Daniilidis ilə görüşündən də danışılıb. Səsləndirilən audioyazıda G.Hacıbəylinin razılaşdırılmamış aksiyadan əvvəl avropalı diplomatla nahar masası ətrafında söhbət etdiyi, ondan mitinqə kömək etməyi xahiş etdiyi aydın olur.

Digər səs yazısının məzmunu isə zəngin aksiya cəhdi zamanı edildiyini deməyə əsas verir. G.Hacıbəyli aksiyada 500 nəfərin saxlanıldığını bildirir, Əli Kərimli ilə bağlı narahat olduğunu qeyd edir.

Qeyd edək ki, G.Hacıbəyli “facebook” sosial şəbəkəsindəki səhifəsində bu danışığın olduğunu təsdiqləyib, səs yazısının yayılmasına görə istifadəçisi olduğu mobil operatoru ittiham edib. ABŞ və Avropa İttifaqının Azərbaycandakı diplomatik missiyası isə hələlik məsələyə münasibət bildirməyib.



Xəbərin oxunma sayı : 1003




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap