“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Gömrükdə daha bir general işdən çıxarıldı - Təqaüdə göndərildi

Tarix 19.08.22, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi işdən çıxarılıb. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə, dünən Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.

Xatırladaq ki, general-mayor Mirqasım Vahabov sabiq Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Aydın Əliyevin adamı kimi tanınıb. O, sabiq komitə sədri Səfər Mehdiyevin də inamını qazanmışdı.

Qeyd edək ki, , general-mayor Vahabov Mirqasım Fazil oğlu 31 dekabr 1955-ci ildə anadan olmuşdur.

1972-ci ildə orta məktəbin 10-cu sinfini əla qiymətlərlə başa vurmuşdur. 1999-cü ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən 2006-cı ildə "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə, 2009-cu ildə gömrük orqanlarında uzun müddət və qüsursuz xidmətə görə "Gömrük orqanlarında xidmətə görə" III dərəcə döş nişanı, 12 avqust 2014-cü il tarixli əmrə əsasən "Gömrük orqanlarında xidmətə görə" II dərəcə döş nişanı, 24 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

25 may 2012-ci il tarixində Komitə Sədrinin müvafıq əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 27 may 2015-ci il tarixli əmrə əsasən "Gömrük xidməti əlaçısı" döş nişanı ilə təltif olunmuşdur. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2016-cı il tarixli 1750 nömrəli Sərəncamına əsasən 3 –cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.



Xəbərin oxunma sayı : 700




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap