Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Gömrükdən çıxarılan general federasiyadan da göndərildi - Səbəb

Tarix 08.12.18, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


Dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları və federasiya üzvləri iştirak ediblər.

Modern.az xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Asəf Məmmədovun fəaliyyəti müzakirə olunub.

Qeyd edək ki, gömrük xidməti general-leytenantı Asəf Məmmədov bir neçə gün öncə - noyabrın 27-də Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Bugünkü iclasda Asəf Məmmədov federasiya rəhbərliyindəki işi də ciddi şəkildə tənqid olunub. Belə ki, toplantıda çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov 2013-cü ildə Atıcılıq Mərkəzinin istifadəyə verildiyini, Mərkəzdə inzibati bina, iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazinin yaradıldığını xatırladıb. 

O, qeyd edib ki, Atıcılıq Mərkəzinin açılışı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən atıcılıq üzrə yığma komandanın formalaşdırılması və ölkə miqyaslı, eləcə də beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, federasiyaya üzvlərin qəbul olunması və Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində Azərbaycan və beynəlxalq səviyyəli yarışların keçirilməsi barədə tapşırıqlar verilib. 

Lakin Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası il ərzində idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etməyib, keçirilən muxtar respublika yarışları isə keyfiyyət və təşkilatçılıq baxımından aşağı səviyyədə olub. Bu gün federasiyada fərqlənən idmançı və məşqçi-müəllimlər yox dərəcəsindədir. Eyni zamanda, məşqçi-müəllim və idmançıların olmaması federasiyanın muxtar respublikadan kənarda keçirilən yarışlarda iştirak etməməsinə səbəb olub.

İşini günün tələblərinə uyğun qurmayan federasiyanın yarıtmaz fəaliyyətinin nəticəsi olaraq federasiya sədri Asəf Məmmədov vəzifəsindən azad edilib. 

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzində avadanlığın qorunması, onlardan günün tələblərinə uyğun olaraq istifadə edilməsi, işin düzgün qurulması kimi bir sıra məsələlərə nəzarət federasiyanın üzvü Canməmməd Canməmmədova tapşırılıb.

Xatırladaq ki, Asəf Məmmədov bir neçə gün öncə Naxçıvan MR Ali Məslisinin sədri Vasif Talıbovun sərəncamı ilə Gömrük Komitəsinin sədri postundan çıxarılıb. O, 2004-cü ilin yanvarından həmin vəzifəsdə işləyirdi.



Xəbərin oxunma sayı : 223




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap