Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gömrüklə bağlı növbəti şok statistika! – Zinət əşyalarının idxalı 1 ildə 20 dəfə artıb…

Tarix 17.12.18, 15:13

Font ölçüsü : - / +
bitmap-img6


Son illərin gömrük məlumatlarının təhlili əsasında ortaya qəribə, hətta Azərbaycan reallığında belə sensasiyalı məlumatların çıxması davam edir.

AzFakt.com-un məlumatına görə, əvvəlki illərin böyük korrupsiya əməliyyatlarından xəbər verən növbəti statistik təhlilə iqtisadçı Rövşən Ağayev diqqəti yönəldib.

“Açıqlanan gömrük statistikasından belə anlaşılır ki, uzun illər gizli idxalın əsas mənbələrindən biri də qiymətli daş və metallar olub” – deyə, R.Ağayev rəsmi statistikaya əsaslanaraq “Facebook”da yazır.

Rəsmi məlumatlara nəzər salarkən iqtisadçının diqqətini çəkib ki, “Mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar” adlanan əmtəə qrupu üzrə idxalın dəyəri 2016-cı ilin 9 ayında 23.3 mln. dollar, 2017-ci ilin 9 ayında 25.5 mln. dollar olub. 2018-ci ilin eyni dövründə birdən-birə 20 dəfəyədək artaraq 477 mln. dollara çatıb!

rovsen1543998952

“Ölkədə iqtisadi staqnasiyanın yaşandığı, real gəlirlərin artmadığı, əksər ailə təsərrüfatlarının qazancının gündəlik mallar səbətinə yetmədiyi bir şəraitdə zinət əşyalarına tələbatın 1 ildə 20 dəfə artması hər halda heç kimə inandırıcı gəlməz.

Kim bilir, bəlkə ölkədən pul çıxışına sərt məhdudiyyətlər qoyulması və lazımi adamların kapitalının elə hakimiyyətin özü tərəfindən izləməyə götürülməsi səbəbindən zənginlərin zinət əşyalarına tələbatı artıb?
Hər halda maraqlı statistikadır…

Bu əmtəə qrupu üzrə büdcə ödənişlərinin dinamikasını da illər üzrə izləmək çox maraqlı olardı”, – R.Ağayev belə yazır.









Xəbərin oxunma sayı : 292




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap