Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Günün transfer xəbərləri: “Fənərbağça“nın müdafiəçisi Fransada

Tarix 15.07.22, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Canluka Di Martsiodan xəbərlər: 

"Sesk Fabreqas İtaliya B Seriyasında çıxış edən "Komo"ya keçəcək. İspaniyalı futbolçu ilə 2 illik müqavilə razılaşdırılıb".

"Napoli" PSJ-nin müdafiəçisi Abdo Diallo ilə maraqlanır".

"Montsa" çərşənbə axşamı Andrea Petanyanı transfer etməyə çalışacaq".

"Nahuel Molina "Udineze"dən "Atletiko Madrid"ə keçəcək".

Fabrtsio Romanodan xəbərlər:

"Napoli" və PSJ Abdu Diallonun İtaliya klubuna transferi barədə danışıqlar aparacaq. Transferin məbləği 20-25 milyon avro ola bilər".

"Lisandro Martines "Mançester Yunayted"lə müqavilə imzalamağa yaxındır. Cümə günü klublar yekun detalları müzakirə edəcək".

"Sky Sports"un jurnalisti Pedro Sepulveda: "Kim Min Cey 19,5 milyon avroya "Fənərbağça"dan "Renn"ə keçəcək. Koreyalı futbolçu ilə 4 illik müqavilə imzalanacaq".

Baş tutmuş transfer xəbərləri:

21 yaşlı yarımmüdafiəçi Entso Fernandes "River Pleyt"dən "Benfika"ya keçib.  Transfer məbləği 18 milyon avro olan futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 

Ali Sou 2022/23-cü illər mövsümünün sonuna qədər icarə əsasında "Rostov"dan  "Ankaragücü"yə keçib.

Yaka Biyol Moskva MOİK-indən "Udineze"yə keçib. Transfer məbləği 4 milyon avro olan futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 



Xəbərin oxunma sayı : 685




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap