Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Günün transfer xəbərləri: “Liverpul“da köklü dəyişiklər olacaq

Tarix 18.11.22, 14:47

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Klub saytı: "Liverpul" yetirməsi Körtis Conson ilə müqaviləni yeniləyib. 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2027-ci ilə qədər uzadılıb. 2019-cu ilin yanvarında "Liverpul"un əsas komandasında çıxış Conson 81 matçda meydana çıxıb və 8 qola imza atıb. 

"La Repubblica": "Çelsi" yanvarda Nqolo Kanteni satmağa hazırdır. İngiltərə klubu yarımmüdafiəçi üçün 20 milyon avro tələb edir. 
Fransalı futbolçununun göndərilmə şansı yüksəkdir. Belə ki, onun mövsümün sonunda London təmsilçisi ilə müqaviləsi başa çatacaq və hələ də yeni sözləşmə təklif edilməyib. İddiaya görə, "İnter" və "Yuventus" Kantenin xidmətində maraqlıdır. 

"Globo": "Ayaks", "Liveprul", "Barselona" və "Atletiko Madrid"i kimi klublarda çıxış etmiş uruqvaylı forvard Luis Suares "Qremio"dan gələn təklifi geri çevirib.

Bu barədə Braziliya klubunun prezidenti Alberto Querro məlumat verib: "Ona rəsmi təklif göndərildi. Ancaq Suares "yox" dedi. O, təklifə görə bizə təşəkkür etdi və planının MLS-də çıxış etmək olduğunu bildirdi. Bizim təklif etdiyimiz məbləğ onun Amerikada qazandığından daha çox idi. Ancaq onun həyat layihəsi var". 

"90min": "Vilyarreal" futbolçusu Pau Torres ilə müqaviləni yeniləmək istəyir. Klub müdafiəçisinə rekord məbləğdə maaş təklif təklif edir. İspaniya millisinin üzvü yeni sözləşməyə razı olsa, "Vilyarreal" tarixində ən bahalı futbolçu olacaq. Hazırda klub rəsmiləri ilə Torresin menecerləri arasında danışıqlar gedir. 

Qeyd edək ki, Pau Torresin "Vilyarreal" ilə müqaviləsi 2024-cü ildə başa çatır. İngiltərə "Tottenhem"i futbolçunu almağa əsas namizəddir. 

"Express": "Liverpul" rəhbərliyi Nabi Keyt, Nataniel Filips və Aleks Oksleyd-Çemberlenə yeni müqavilə təklif etməyi planlaşdırmır. Bununla bağlı hələ bir neçə ay öncədən qərar qəbul edilib. Hər üç futbolçunun bu qış transferə çıxarılacağı gözlənilir. İddiaya görə, yayda klubda köklü dəyişikliklər olacaq. 



Xəbərin oxunma sayı : 379




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap