Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Günün transfer xəbərləri: Frenki de Yonq MY-yə “yox“ dedi

Tarix 27.04.22, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Calciomercato" nəşri: “Roma”nın yarımmüdafiəçisi Nikolo Dzaniolo ilə “Mançester Yunayted”, “Tottenhem” və “Nyukasl” maraqlanır. "Yuventus" bu futbolçuya göz dikdiyindən İngiltərə klubları üçün çətin olacaq".

"Football London" saytı: “Roma” növbəti transfer pəncərəsində hücumçusu Temmi Abrahamla yolları ayırmağa hazırdır. İtaliya klubu 24 yaşlı futbolçunu 80 milyon avroya satmağa razıdır. Abrahama  iddialı olanlardan biri də "Arsenal"dır. "Topçular" ona yalnız 60 milyon avro təklif edə bilər".

Fabritsio Romano, insayder: "Real Madrid" yarımmüdafiəçisi Luka Modriçin müqaviləsinin müddətini uzatmağı planlaşdırır. Klub xorvatiyalı yarımmüdafiəçiyə müddəti 2023-cü ilə qədər olan yeni anlaşma təklif etməyə hazırdır".

Fabritsio Romano, insayder: "Frenki de Yonq Çempionlar Liqasında oynamaq istədiyi üçün "Mançester Yunayted"dən gələn təklifi rədd edib. "Mançester Yunayted"in gələcək baş məşqçisi Erik ten Haq həmyerlisini İngiltərə təmsilçisində görməkdə maraqlıdır".

"The Telegraph" nəşri: "Pol Poqba yeni klub axtarışına davam edir. Fransalı futbolçu cari mövsümün sonunda bir neçə klubla danışıqlara başlayacaq. Söhbət “Barselona”, “Real Madrid” və “Yuventus”dan gedir. Poqba bütün təklifləri dinləməyə və yalnız bundan sonra seçim etməyə hazırdır. Yayda futbolçu azad agentə çevriləcək".

Martin Edeqor Erlinq Holandın gələcəyi ilə bağlı: “Gəlin gözləyək, görək gələcəkdə o, nə edəcək. Mən bilmirəm. Ancaq İngiltərəyə gələrsə, əlbəttə ki, "Arsenal"a - bizə qoşulmalıdır. Bunu onunla müzakirə etməmişəm. Bilirəm ki, çox adam ondan gələcəyi barədə soruşmağa çalışır. Mən bunu etmək istəmirəm. 

Erlinq sadəcə olaraq vəhşidir. O, güclü və sürətlidir. Düzünü desəm, onun istənilən çempionatda və istənilən ölkədə oynamağa qadir olduğunu düşünürəm”.

"The Telegraph" nəşri: "Ten Haq Donni van de Beki "Mançester Yunayted"də saxlayacaq. Mütəxəssis ona əsas heyətdə kifayət qədər şans verəcək. Futbolçu hazırda icarə əsasında "Everton"da çıxış edir".



Xəbərin oxunma sayı : 931




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap