Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Günün transfer xəbərləri: Marko Arnautoviç “Yuventus“a keçə bilər

Tarix 18.08.22, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

AS nəşri: "Atletiko Madrid" "Mançester Yunayted"in Joau Feliş üçün 130 milyon avroluq təklifini rədd edib". 

"Tuttosport" nəşri: "Yuventus" Memfis Depayı transfer edə bilməyəcəyi təqdirdə, "Bolonya"nın futbolçusu Marko Arnautoviçi alternativ olaraq nəzərdən keçirir".

"Tuttosport" nəşri: "Atletiko Madrid" gözlərini Lautaro Martinezə dikib, İspaniya klubu yay transfer pəncərəsi bitməmişdən əvvəl "İnter"in hücumçusunu almağa çalışacaq". 

"Athletic UK" nəşri: "Mançester Yunayted"  "Çelsi"nin amerikalı futbolçusu Kristian Pulişiçi transfer etməkdə maraqlıdır".

Baş tutmuş transfer xəbərləri: 

Yarımmüdafiəçi Mateus Nunes "Sportinq"dən "Vulverhempton"a keçib. Transfer məbləği 45 milyon avro təşkil edib. Futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Alman müdafiəçi Tilo Kerer PSJ-dən "Vest Hem"ə keçib. Transfer məbləği 10 milyon funt sterlinq təşkil edən futbolçunun müqaviləsinin müddəti 2025/26-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub. 

20 yaşlı müdafiəçi Tanquy Nyanzu 16 milyon avroya "Bayern Münhen"dən "Sevilya"ya  keçib.

22 yaşlı braziliyalı vinger İqor Payşao "Koritiba"dan "Feyenord"a keçib.

Transfer məbləği 5 milyon avro təşkil edən futbolçunun müqaviləsinin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

28 yaşlı hücumçu Pako Alkaser "Vilyarreal"dan BƏƏ klubu "Şarja"ya keçib.



Xəbərin oxunma sayı : 625




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap