Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Günün transfer xəbərləri: Samir “Uotford“da, Eriksen “Kyasso“da

Tarix 07.01.22, 15:19

Font ölçüsü : - / +
bitmap-img6


Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

"Le Parisien" nəşri: PSJ "Yuventus"a Mauro İkardini Moyze Kin ilə dəyişməyi təklif edir. "Yuventus" belə bir razılaşmanı nəzərdən keçirməyə hazırdır, lakin bu və ya digər istiqamətdə əlavə ödənişin olub-olmayacağı hələlik bəlli deyil.

Santi Aouna "Foot Mercato" nəşri: "Trua" "Inter Mayami"nin yarımmüdafiəçisi Bleys Matuidi ilə müqavilə bağlamaq arzusundadır, lakin razılaşma çox çətindir. Müraciət edənlər arasında Qətərin “Əl-Qarafa” klubu da var.

"Sky Sports" saytı: "Uotford" Denni Roza yeni klub axtarmağa başlaya biləcəyini söyləyib.

Canluka Di Martsio: 33 yaşlı yarımmüdafiəçi Tomas Rinkon sabah "Sampdoriya"da tibbi müayinədən keçəcək. Hazırda klublar arasında sənədlər mübadiləsi aparılır. 

"The Mirror" nəşri: Neytan Tella "Sauthempton" ilə müqaviləsini 2024/25 mövsümünün sonuna qədər uzadıb. Tella 2017-ci ildə "Sauthempton" akademiyasına qatılıb.

"L`Equipe" nəşri: PSJ heyətini "Lion"un ulduzu Lukas Paketa ilə gücləndirmək istəyir. 

"Fanat.Az" saytı: Kristian Eriksen bir neçə gündür İsveçrənin "Çiasso" klubunda məşq edir.

Açıklama yok.
Açıklama yok.

Baş tutmuş transfer xəbərləri: 

Yurgen Lokadia (28 yaşlı hücumçu)

"Brayton"dan (İngiltərə)  "Bohum" (Almaniya) klubuna transfer olunub.

Azad agentdir. Müqavilə 2021/22 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, 2020-ci ilin fevralından 2021-ci ilin iyununa kimi icarə əsasında MLS-də "Sinsinnati"də oynayıb. Bu mövsüm cəmi dörd oyun keçirib.

Etan Lerd (20 yaşlı müdafiəçi)

"Mançester Yunayted"dən (İngiltərə) - "Bornmut"a (İngiltərə) keçid edib

2021/22 mövsümünün sonuna qədər icarəyə verilib. O, mövsümün ilk yarısını icarə əsasında “Suonsi Siti”də keçirib. Lerd İngiltərə U-19 millisini beynəlxalq səviyyədə təmsil edir.

Natan (25 yaşlı oyunçu)

"Atletiko Mineiro"dan (Braziliya)  "Fluminense"yə (Braziliya) ikeçib
31 dekabr 2022-ci ilə qədər icarəyə verilib. Futbolçu 2020-ci ilin yayında "Çelsi"ni tərk edib. 

Camilo (22 yaşlı yarımmüdafiəçi)

"Lion"dan (Fransa)  "Kuiaba"ya (Braziliya) icarəyə verilib.
31 dekabr 2022-ci ilə qədər Braziliya klubunun şərəfini qoruyacaq.

Nabil Bentaleb (27 yaşlı yarımmüdafiəçi)

"Şalke 04"dən (Almaniya)  "Anje"yə (Fransa) keçid edib.

Azad agentdir. Müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Samir (27 yaşlı mərkəz müdafiəçisi)

"Udineze"dən (İtaliya)  "Uotford"a (İngiltərə) keçid edib.

Açıklama yok.

Müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub. Bu mövsüm o, 19 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.




Xəbərin oxunma sayı : 544




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap