Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Günün transfer xəbərləri: Sterlinqin yeni klubu bilindi

Tarix 07.07.22, 23:44

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Jerar Romero, insayder: "Xavi yalnız o halda Frenki de Yonqu satmağın tərəfdarı olacaq ki, "Barselona" Bernardu Silvanın heyətə qatılacağına zəmanət versin. Əks halda, Xavi Frenki de Yonqun qalmasını istəyir".

Fabritsio Romano, insayder: "Şaxtyor"un futbolçusu Manor Solomon "Fulhem"ə keçəcək. Müqavilənin detalları müzakirə olunur" 

"Sky Germany" saytı: "Çelsi", "Atletiko Madrid" və "Yuventus" "Bayern Münhen"in müdafiəçisi Benjamen Pavarla maraqlanır".

"Sky Sports" saytı: "Ronaldu ardıcıl üçüncü gündür ki, "Mançester Yunayted"in məşqini buraxır".

"Məhəmməd Salah" "Liverpul"la müqaviləsinin müddətini uzatmamışdan əvvəl "Çelsi"yə keçməyə çox yaxın idi".

"Bayern Münhen"in idman direktoru Oliver Kan: "Ronaldunun "Bayern Münhen"ə keçməsi bizim fəlsəfəmizə uyğun deyil".

İnsayder, Nikolo Skira: "Bayern Münhen" Mateys de Liqtə illik 12 milyon avro maaş təklif edib. "Yuventus" futbolçunu 100 milyon avroya satmaq istəyir. Almaniya tərəfi isə müdafiəçi üçün 75 milyon avro təklif edə bilər".

ESPN saytı: "Cessi Linqard və agentləri ABŞ-dan bir neçə yüksək gəlirli təkliflər alıb".

Canluka Di Martsiodan xəbərlər:

"Yuventus" Kalidu Kulibalini Mateys de Liqtin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir". 

"Mançester Yunayted" Paulo Dibalanın agentləri ilə əlaqə saxlayıb".

"Yuventus" bu gün Nikolo Dzaniolonun agenti ilə əlaqə saxlayıb. “Roma” futbolçu ilə ayrılmağı planlaşdırmır, lakin sərfəli təklif olsa, danışıqlara hazır olacaq".

"Milan" Şarl de Ketelare, Hakim Ziyeş və Renatu Sanşesin transferləri üzərində işləməyə davam edir".

"Napoli" Pyero İnkapi ("Bayer Leverkuzen"), Kim Min Çe ("Fənərbağça") və Nikola Milenkoviçlə ("Fiorentina") maraqlanır".

"Dris Mertens müqaviləsinin müddətinin iyunun 30-da başa çatmasına baxmayaraq "Napoli"dən ayrılmaq istəmir və bütün təklifləri rədd edir. Ona "Olimpik Marsel"dən təklif var".

"The Telegraph"ın jurnalistləri Met Lou və Ceyms Daker: "Çelsi" Rahim Sterlinqlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb".

Baş tutmuş transfer xəbərlər:

25 yaşlı yarımmüdafiəçi Matteo Pessina icarə əsasında "Atalanta"dan "Montsa"ya keçib.

Açıklama yok.

26 yaşlı Mussa Niakate "Maynts"dan "Nottingem Forest"ə transfer olunub.

18 yaşlı yarımmüdafiəçi Romeo Lavia "Mançester Siti"dən "Southempton"a keçib.

Açıklama yok.

22 yaşlı hücumçu Loi Openda "Brügge"dən "Lans"a keçib.

Açıklama yok.

"Olimpik Marsel"in keçmiş qapıçısı - 37 yaşlı Stiv Mandanda azad agent qismində "Renn"ə qoşulub.

Açıklama yok.

"Ayaks"ın sabiq hücumçusu Sebastyen Halle "Borussiya Dortmund"un futbolçusudur.



Xəbərin oxunma sayı : 694




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap