“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Günün transfer xəbərləri: Xavinin sevimlisi “Milan“ın hədəfində

Tarix 26.11.22, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Klub saytı: "Çelsi" müdafiəçisi Trevo Çaloba ilə müqaviləni yeniləyib. Yeni sözləşmə 1 il də artırmaq imkanı ilə 2028-ci ilə qədər nəzərdə tutulub. 

Çaloba London təmsilçisinin öz yetirməsidir. Gənc futbolçu bu mövsüm 13 rəsmi matçda meydana çıxıb. 

Klubun mətbuat xidməti danışan Çaloba hisslərini belə ifadə edib: "Xoşbəxtlikdən göyün 7-ci qatındayam. Hər dəfə bu formanı qerur hiss ilə geyinirəm. Bütün gücümü ortaya qoyub klub üçün əlimdən gələn hər şeyi etmək istəyirəm. Hər kəs bilir ki, mən uşaq yaşlarımdan burdayam. "Çelsi"də qalmaq isə hər bir uşağın arzusudur. Buna görə Tanrıya təşəkkür edirəm. Onun köməyi olmadan heç nə edə bilməzdim. Mənə inandıqları üçün ailəm və kluba da təşəkkür edirəm".

“El Nacional”: "İngiltərə millisinin və “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays karyerasını Almaniyada davam etdirə bilər. 23 yaşlı yarımmüdafiəçi “Bayern Münhen"in maraq dairəsindədir. Raysın “Vest Hem”lə müqaviləsi 2024-cü ilə qədərdir. Futbolçunun “Liverpul” və “Mançester Yunayted”in də diqqət mərkəzində olduğu qeyd olunur". 

"Veja": "Braziliya təmsilçisi "Flamenqo" "Mançester Yunayted"lə yolları ayrılan Kriştianu Ronaldunu heyətinə cəlb etmək istəyir. Klub rəhbərliyi 37 yaşlı hücumçuya müqavilə təklif etmək imkanları ilə bağlı məsləhətləşmələr aparır. Ronaldu ilə danışıqlar başlamasa da, "Flamenqo" onun keçidində maraqlıdır".

"Calciomercato": "Milan" "Barselona"nın müdafiəçisi Alexandro Baldeyə göz dikib. Ancaq bu mövsüm parlaq çıxışı ilə Xavinin əsas heyətində yer alan futbolçunu transfer etmək çətin olacaq. Çünki "Barselona" özü də Balde ilə müqaviləni yeniləmək fikrindədir". 



Xəbərin oxunma sayı : 409




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap