“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Günəşlidə onlarla ev qəzalı vəziyyətdə - Sakinlər çarəsizdir

Tarix 12.02.25, 22:12

Font ölçüsü : - / +
bitmap-img6


Günəşlidə onlarla ev qəzalı vəziyyətdə - Sakinlər çarəsizdir
Kimisinin evi  kollektorun üzərində, kimisi elektrik dirəyinin altındadır... Üfunət qoxusundən nə məhəlləyə girmək olur, nə də evlərə... Kanalizasiya kollektorunun daşması nəticəsində məhəllədəki əksər evlər qəzalı vəziyyətdədir...

Xezerxeber.az-ın xəbərinə görə, görüntülər Xətai rayonu Zeytun küçəsi 118  c ünvanındandır.

Günəşli qəsəbə sakinləri iddia edir ki, yaşadıqları  evləri bəziləri alqı -satqı yolu ilə əldə edib, bəziləri  torpaq alaraq inşa ediblər. Məhəllədə bir mərtəbəli ev demək olar ki, yoxdur.

Elmar Hümbətov təkcə onun yaşadığı mənzildə deyil, qonşuların da evlərində və həyətlərində eyni durumun yaşandığını deyir. Bununla bağlı artıq aidiyyəti qurumlara da müraciət ediblər.

Sakinlər ərazidəki əksər evlərdə çıxarış olduğunu da deyir.

İri Şəhərlərin Birləşmir Su Təhcizatı Xidmətindən sorğumuza cavab olaraq bildirldi ki, Xətai rayon Zeytun savxozu küçəsində diametri 1000 mm olan kanalizasiya kollektoru zədələnib.

Fərdi yaşayış evləri kollektorun müafizə zonasında inşa olduğu üçün kollektoru təmir etmək mümkün deyil. Müəyyən şərait yaradıldıqda təmir işləri aparılacaq. Xətai rayon İcra Hakimiyyətindən isə bildirldi ki, məsələ araşdırılacaq.





Xəbərin oxunma sayı : 718




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap