Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Günvurmanın əsas əlamətləri

Tarix 04.07.17, 4:08

Font ölçüsü : - / +
bitmap-img6


İsti havada günvurma halları artır

 Günvurma çox ciddi pozulma sayılır ki, vaxtında lazım olan tədbirlər görülməzsə insan hətta həyatını itirə bilər.

İstinin təsirindən beyin qan dövranı kəskin pozulur, bu da çox ağır fəsadların inkişafına (koma, insult, iflic) səbəb ola bilər. Günvurma yaşlı insanlar, ürək-damar, şəkərli diabet xəstələri, kiçik yaşlı uşaqlar üçün xüsusilə təhlükəlidir.

PİA.AZ saglamolun.az-a istinadən günvurmanın əsas əlamətlərini təqdim edir: 

— zəiflik

— başgicəllənmə

— güclü baş ağrısı

— qulaqlarda küy

— nəfəsalmanın tezləşməsi

— nəbzin tezləşməsi

— üşümə

— ürəkbulanması və qusma

— hərarətin 40 C və ya daha artıq yüksəlməsi

— ağır hallarda qıcolmalar və huşun itirilməsi.

Bəzi hallarda bu əlamətlər insan günün altında olduqda, bəzi hallarda isə bir neçə saat sonra evə gəldikdə baş verir.

Günvurmanın ilkin əlamətlərini qeyd edən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, sıxan paltarları çıxarmaq, yarımoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).

Dərhal “təcili yardım” çağırın!

Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) soyuq su ilə kompreslər və ya buz qoyun.



Xəbərin oxunma sayı : 106




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap