Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Gürcüstan Ədliyyə Nazirliyi: Saakaşvili həbsxana nizamnaməsini pozub

Tarix 22.10.21, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dünən etirazçıları həbsxana pəncərəsindən salamladığı üçün həbsxana nizamnaməsini pozub."Report" xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin məlumatında deyilir.

"Bu gün Mixeil Saakaşvili duş qəbul etməyi xahiş etdi. Həbsxana işçiləri onu duş otağına apardılar. Onların duş otağına girməsi qadağan olunduğu üçün məhkumu dəhlizdə gözləyiblər. Saakaşvili isə bundan istifadə edərək duş otağının pəncərəsindən qurum qarşısında toplanan insanlara müraciət ünvanlayıb. Bununla da daxili nizamnaməni pozub", - məlumatda qeyd edilir.

Həbsxana əməkdaşları pozuntunun qarşısını dərhal alıblar. Xüsusi Penitensiar Xidməti siyasətçiyə buna görə hansı cəzanın veriləcəyini açıqlamayıb.

Qeyd edək ki, Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.



Xəbərin oxunma sayı : 367




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap