Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Gürcüstanı nələr gözləyir? –İvanişvili komandası hələ ki, yerində sayır... - (TƏHLİL)

Tarix 15.02.19, 11:16

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstan noyabrın 28-də tarixi seçki keçirərək ilk dəfə qadın prezident seçdi. Fransada doğulmuş və təhsil almış Salome Zurabişvili namizədliyini müstəqil şəkildə irəli sürsə də, onu milyarder Bidzina Ivanişvilinin “Gürcü Arzusu” koalisiyası dəstəklədi.

“New Eastern Europe” portalında Giorgi Laşa Kasradze yazır ki, bu yaxşı xəbərin arxasında dünyada demokratiyanın durumundan narahat hər kəs üçün kədərli bir şey də var. “Hazırda Gürcüstanın siyasi mühiti Gürcü Arzusunun son illər verdiyi demokratik vədləri yerinə yetirə bilməməsi ucbatından yerində sayır. Hətta Zurabişvilinin rəhbərliyi altında belə irəliyə doğru yolda xeyli çətinliklər var”, – müəllif yazır.

Gürcüstanlılar azı 2012-ci ildən bəri, Gürcü Arzusu keçmiş prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkatını parlament seçkisində məğlub edəndən, bu koalisiyanın problemləri yoluna qoyacağını gözləyir. Amma koalisiya ətrafında getdikcə daha çox korrupsiya, səriştəsizlik iddiaları dolaşır. Elə prezident seçkinin qalibinin ikinci turda müəyyənləşməsi də Ivanishvili və nazirlərinə bir zərbə oldu.

“Ancaq milyarderdən siyasətçiyə çevrilmiş kardinal daha çox özünü günahlandırmalıdır; illər boyu o, elektoratını “dayə ölkəsi”nə çevirib, ipləri özü çəkib. Maliyyə resurslarından hiyləgərcəsinə öz xeyrinə istifadə edərək Gürcüstan ziyalılarına, məşhur aktyorlara, müğənnilərə, bəstəkarlara, yazıçılara maaş ödəyib”, – yazan müəllif, Ivanişvilinin seçkinin ikinci raundundan öncə son vasitəyə əl atdığını, 600 min gürcüstanlının kredit borclarını siləcəyini elan etdiyini yada salır.
















“Açıq aşkar bilinən odur ki, Gürcü Arzusu ictimaiyyətin inamını yenidən qazanmaq istəyirsə, Ivanivili siyasətə yanaşması barədə yenidən düşünməlidir”, – məqalədə deyilir.

Amma müəllif Zurabişvilinin ümidverici qələbəsinə baxmayaraq, çox şeyin dəyişməyəcəyinin ortada olduğunu vurğulayır. Seçkidən sonra Ivanişvili seçicilərə “Gürcü Arzusu”na ikinci mandatı verdiyinə görə təşəkkür etdi, “qalanı yəqin ki mənlikdir” dedi.

“Gürcü Arzusunun Gürcüstan və xalqını irəli aparmaq potensialı var… yalnız bir halda ki yolundakı ən böyük əngələ – özünə qalib gəlsin”, – müəllif vurğulayır.

(Azadlıq radiosu)









Xəbərin oxunma sayı : 157




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap