|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Gürcüstan nə istəyir? –QAZ, SOCAR, NATO və QAZPROM LABİRİNTİ
Tarix 22.02.19, 12:37 |
|
Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti ilə ölkənin qaz təchizatının şaxələndirilməsi üçün apardığı danışıqlar yekunlaşmaq üzrədir. Gürcü rəsmilər deyirlər ki, əldə edilmiş razılaşmaya əsasən Gürcüstan Rusiyadan “müəyyən həcmdə” qaz alaraq Azərbaycan qazından asılılığı azaldacaq.
İqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya bildirib ki, “Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür: “Biz istəmirik ki, bazara inhisarçılıq yaransın və yeganə qaz təchizatçısı Azərbaycan olsun. Azərbaycanın da olmağını istəyirik, amma müəyyən həcmdə qazı Rusiyadan almaq lazımdır”.
Parlament müxalifəti isə hökumətin bu şaxələndirmə cəhdini ölkənin milli maraqlarını satmaq adlandırıb. “Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya bildirib ki, bununla hökumət Tbilisini Moskvanın orbitinə çəkir: “Rusiya işğalçıdır, o qaz iynəsini öz siyasi məqsədlərinə çatmaq üçün istifadə edir. Rusiya şaxələndirmə mexanizminə xidmət edə bilməz. İndi illər lazım olacaq ki, Rusiyadan asılılıq azalsın. Bu yazılı həqiqətləri nə vaxta qədər təkrarlamaq olar?!”
Nazir G.Kobuliya isə bildirib ki, SOCAR Georgia Gas şirkəti martın 1-dən kommersiya abonentləri üçün qazın qiymətini 10.5 faiz qaldıracağını elan edib. Hökumətdə hesab edirlər ki, bu bahalaşma “Qazprom”u bazara daxil etmək üçün kifayət qədər tutarlı əsasdır.
Keçmiş prezidenti Mixail Saakaşvili isə özünün Facebook səhifəsindən hakimiyyətin ünvanına sərt bəyanatla çıxış edib:“Sənin strateji tərəfdaşın Azərbaycan heç vaxt, hətta ən kritik məqamlarda belə qaz təchizatından imtina etməyib, o biri tərəfdə isə qaz kəmərini partladan və Gürcüstanı qışın ortasında qazsız qoyan Rusiya dayanıb. Üstəlik, Azərbaycan qazı Rusiya qazından ən azı 20 faiz ucuzdur”.
Məsələyə hətta enerji ombudsmanı Salome Vardiaşvili də qarışıb. O hesab edir ki, Azərbaycan şirkəti tarifləri niyə artırdığını daha dəqiq əsaslandırmalıdır: “İstənilən tarif artımı yaxşı əsaslandırılmalıdır və sənədlərlə təsdiqlənməlidir. Mən SOCAR-ın mövqeyi haqda eşitmişəm, amma bu kifayət deyil. Tariflərin artırılması ilk növbədə kiçik və orta biznesə təsir edəcək, qaz təchizatçıları insanların vəziyyətini nəzərə almalıdır”(Virtualaz.org).
Gürcüstan tərəfinin qaz aldığı mənbələri şaxələndirmə iddiasından az sonra SOCAR-ın biznes üçün qiyməti qaldırmasını əsas gətirməsi yetərli izahat hesab oluna bilərmi? Bu məsələdə siyasi amillər nə qədər rol oynayır?
“Yeni Müsavat”a sualları cavablandıran Politoloq Şahin Cəfərli bildirir ki, məsələni bir az aydınlaşdırmağa ehtiyac var: “Rusiya Ermənistana təbii qazı Gürcüstan ərazisi ilə nəql edir. Moskva ilə Tiflis arasında 2017-ci ildə imzalanmış 2 illik tranzit müqaviləsinin müddəti ötən ilin dekabrında başa çatıb. İndi yeni müqavilənin imzalanması üçün danışıqlar aparılır və fevralın sonunda yekunlaşmalıdır. Ermənistana Gürcüstan vasitəsilə qaz nəqlinin yeni şərtləri müəyyənləşəcək. 2017-ci il müqaviləsinə qədər Gürcüstan tranzit haqqı kimi Ermənistana gedən qazın 10 faizini götürürdü. Lakin sonra Moskva tranzit haqqını yalnız valyuta ilə ödəyəcəyini bildirdi və müqavilənin ikinci ilində – ötən il Gürcüstana qaz verməyib, sadəcə maddi ödənişlə kifayətləndi. İndi Gürcüstan köhnə sxemə geri dönüb, yenidən Rusiyadan müəyyən miqdarda qaz almaq istəyir. Məsələnin formal tərəfi budur”.
Politoloq Gürcüstan hökumətinin mövqe dəyişikliyində siyasi amillərin də rol oynamasını istisna etmir: “Son həftələr baş verənlərə nəzər salanda və faktları arxa-arxaya düzəndə bu qənaətə gəlmək üçün əsaslar olduğu görünür. Bilirsiniz ki, əvvəlcə abidə qalmaqalı baş verdi. Sonra “SOCAR-Georgia Gas” şirkəti kommersiya istehlakçıları üçün qazın qiymətini martın 1-dən etibarən qaldıracağını elan etdi. Daha sonra Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliyanın Rusiyadan qaz alacaqlarına dair açıqlamasını eşitdik. Eyni zamanda nazir bəyan etdi ki, bu sahədə inhisar yolverilməzdir və Azərbaycan Gürcüstan bazarında yeganə tədarükçü olmamalıdır. Düzdür, SOCAR-ın Gürcüstandakı törəmə şirkəti hökumətlə razılığa əsasən yerli istehlakçılar üçün tarifləri milli pul vahidinin məzənnəsinə uyğun olaraq müəyyənləşdirir, bu baxımdan rəsmilər deyə bilər ki, qiymətin artırılmasında hər hansı siyasi motiv yoxdur. Amma hər halda, bu qərarın abidə problemindən sonra verilməsi diqqəti cəlb etməyə bilməz. Gürcü nazirin açıqlamalarının məzmunu və tonu da göstərir ki, problem var”.
Ş.Cəfərlinin sözlərinə görə, “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra Gürcüstan-Rusiya münasibətləri yüksələn xətt üzrə inkişaf edib: “Bəli, diplomatik əlaqələr bərpa olunmayıb, qarşılıqlı yüksək səviyyəli səfərlər həyata keçirilmir, amma iqtisadi kooperasiya güclənib. Bu gün Rusiya Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Ən son rəqəmləri qeyd etmək istərdim. 2019-cu ilin yanvar ayının yekunlarına əsasən Rusiya Türkiyə və Azərbaycandan sonra Gürcüstanın üçüncü böyük ticarət ortağıdır. Yanvarda iki ölkə arasında ticarət həcmi 88,1 milyon dollar təşkil edib. (Müqayisə üçün: Türkiyə ilə 122 milyon, Azərbaycanla 97,6 milyon dollar.) Gürcüstanın ixracında isə Rusiya ilk sıradadır. Ötən ay Gürcüstan Rusiyaya 39,2 milyon dollarlıq məhsul ixrac edib. Gürcüstanın turizmində də Rusiyanın mühüm payı var. 2018-ci ildə 1,4 milyon nəfərə yaxın Rusiya vətəndaşı Gürcüstana səfər edib və bu, ikinci göstəricidir (İlk sırada bizim vətəndaşlarımızdır.) Göründüyü kimi, qeyri-siyasi sferada ciddi irəliləyişlər var. Mən bunu rusiyapərəstlik kimi qiymətləndirməzdim. Qərb də bu reallığı qəbul edir, ən azı indiyə qədər Gürcüstan-Rusiya əməkdaşlığına sakit yanaşıb. Ümumiyyətlə, “Gürcü Arzusu”nun iqtidara gəlməsi və indiyədək hakimiyyətini davam etdirməsində Qərb-Rusiya qeyri-rəsmi konsensusu ciddi rol oynayıb. Bilirsiniz ki, Saakaşvili radikal qərbyönümlü siyasət aparırdı və Rusiya ilə düşmən olmuşdu.
Məsələləri dərindən bilməyənlərə elə görünə bilər ki, Qərb üçün bu durum sərfəlidir və onlar da elə bunu istəyir. Əslində isə belə deyil. Qərbə sərf edir ki, Gürcüstan Rusiya ilə münasibətlərini müəyyən səviyyədə qorusun və öz addımları ilə onu aqressivləşdirməsin, təhrik etməsin. Yəni 2008-ci ilin avqust hadisələri bir daha təkrarlanmasın. Bu baxımdan Saakaşvilinin iqtidardan getməsi və İvanişvilinin gəlməsində bir qanunauyğunluq var idi”.
Politoloq qeyd edir ki, Qərb Saakaşvilidən dəstəyini çəkmişdi və indi də onu dəstəkləmir: “Məhz bu səbəblə, onlar İvanişvilinin şıltaqlıqlarına, bəzi antidemokratik addımlarına dözüm göstərirlər, çünki hələ də real alternativ məhz Saakaşvilinin ətrafındakı qüvvələrdir. İvanişvili getsə, Saakaşvili qayıdacaq. Bu ehtimal Qərb çevrələrini məmnun etmir. Moskva da öz növbəsində kəskin anti-Rusiya mövqeli Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyasının iqtidara qayıtmasını istəmir və mötədil “Gürcü Arzusu” hökuməti onları qismən qane edir. Düzdür, “Gürcü Arzusu” dövründə Gürcüstanın xarici siyasət kursu dəyişməyib və avroatlantik inteqrasiya sürətlənib. Amma Rusiya iki pis variantdan daha az pis olana – Saakaşvili ilə müqayisədə İvanişviliyə üstünlük verir və gürcü oliqarxla daha asan dil tapır. Ona görə də düşünürəm ki, Gürcüstanın mövcud xarici siyasəti – Rusiya ilə münasibətləri korlamadan avroatlantik inteqrasiya – davam edəcək”.
Müsahibimizin sözlərinə görə, Gürcüstan-Rusiya münasibətlərinin və yaxınlığının ciddi tarixi əsasları var: “1453-cü ildə Konstantinopolun türklərin əlinə keçməsi və Bizansın süqutundan sonra Gürcüstanın (Kartli-Kaxeti) xristian dünyası ilə quru əlaqəsi kəsildi. Onlar müsəlman dünyasının – Osmanlı və indiki İran ərazisindəki dövlətlərin, o cümlədən Səfəvilərin əhatəsində qaldılar: islam okeanında kiçik xiristian adası kimi… Nəticədə xristian-gürcü identikliyinin itməsi təhlükəsi yarandı, arasıkəsilməz hücumlara, istilalara məruz qaldılar. Bu təhlükə və qorxu onlarda 3 əsrdən çox davam etdi və travma yaratdı. Şimalda tədricən xristian imperiyası Rusiyanın güclənməsi gürcülərdə ümid yaratdı və onlar dəfələrlə Rusiya çarlarından yardım istədilər. 1783-cü ilə Georgiyevsk traktatı imzalandı və gürcülər Rusiyanın himayəsinə keçdilər. Həmin travmanın təsirləri bu gün də var. Gürcülər istəyir ki, xristian dünyası ilə əlaqələri heç vaxt itməsin. Ermənistana isti münasibətin təməlində bu yatır, baxmayaq ki, etməni millətçiliyinin onlara qarşı da ərazi iddiaları var. Rusiya ilə də yaxşı əlaqələrin olmasını arzu edirlər, eyni səbəbdən”.
Ş.Cəfərlinin fikincə, NATO-ya daxil olana qədər Gürcüstan Rusiya ilə bu cür “oynamağa” davam edəcək: “Şübhəsiz ki, Gürcüstan-Rusiya-Ermənistan yaxınlaşması və çox az ehtimal olsa da, bu cür üçbucağın yaranması Azərbaycanın maraqlarına tamamilə ziddir. Biz əlverişsiz coğrafi mövqedəyik və dənizə çıxışımız yoxdur. Gürcüstan bizi Türkiyə və Avropa ilə əlaqələndirən, dənizə ən qısa çıxışımızı təmin edən yeganə tranzit məntəqəsidir və bu baxımdan həyati önəmə malikdir. İxrac boru kəmərlərimiz bu ölkədən keçir. Gürcüstanın Azərbaycandan enerji asılılığı olduğu kimi, bizim də onlardan bu cür strateji asılılığımız var. Ona görə də münasibətlərdə problem yaranması qətiyyən bizə lazım deyil, bu, yalınız Azərbaycanın düşmənlərinə sərf edər.
Gürcüstanın NATO-ya qoşulması və demokratik hüquqi dövlət olması Azərbaycanın marağındadır. Belə bir Gürcüstan bizim dünyaya çıxış yolumuzun daim açıq və sabit qalması, eləcə də oradakı soydaşlarımızın mənafeyi baxımından vacibdir. Təbii ki, Gürcüstan dövləti də Azərbaycanla əməkdaşlığın və strateji tərəfdaşlığın əhəmiyyətini qiymətləndirməli, əlaqələrin qorunması və inkişafı üçün lazımi addımları atmalı, münasibətləri korlamağa yönəlmiş təxribatların qarşısını almalıdır”.
Xəbərin oxunma sayı : 724
Analiz
Xəbərlər
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
-
“Liverpul“la fəxr edirəm“ - Pep Qvardiola
-
Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ
-
Yollar Zəngəzura aparır - VİDEO
-
Meteohəssas insanlarda narahatlıq hissi yarana bilər - Sabahın havası
-
Əhaliyə ən çox hansı banklar kredit verib? – Tam siyahı
-
Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? - VİDEO
-
Aygün və Namiq toyda hərəkətləri ilə diqqət çəkdilər - VİDEO
-
Fransa şəhər meri nasist salamı verdi - VİDEO
-
“İsrail HƏMAS-a təzyiqi artıracaq” - Benyamin Netanyahu
-
Azərbaycanda un 30% ucuzlaşdığı halda, çörək niyə 11% ucuzlaşıb? – Rəsmi rəqəmlər
-
Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA
-
Erməni postları sökülür - Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər
-
Tarixin ən davamlı avtomobilləri - SİYAHI
-
Ukrayna Rusiyanın böyük hücumuna hazırlaşır - Zelenski qələbəyə inanır
-
Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir
-
Roza toy qiymətini açıqladı - 5-12 min manat (VİDEO)
-
ABŞ “son ukraynalıya qədər döyüş“ə məcbur edir - Volodin
-
Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ermənilər Qazaxın 4 kəndinə gedən yolu bağladılar – Video
-
“İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb“ - Türkiyə DİN
-
Qazaxıstanda daşqınlar: Doqquz minə yaxın şəxs evinə qayda bilmir
-
Hədəfə doğru növbəti addım: Kremlin dəyişən baxışı - TƏHLİL
-
Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq
-
Bakıdan sonra ən çox fərdi sahibkar hansı regiondadır? - SİYAHI
-
“Ukrayna münaqişəsindən çıxış yolu yoxdur” - İlon Mask
-
Azərbaycanda hotellər bahalaşdı - VİDEO
TOP 10
ARXİV