Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

Tarix 23.02.17, 15:54

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 16-17-də Azərbaycana səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Giorgi Marqvelaşvilinin prezidentlərin iştirakı ilə “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda keçiriləcək iclasda çıxışı gözlənilir. İclasda Latviya, Makedoniya, Albaniya, Monteneqro və digər ölkələrin fəaliyyətdə olan prezidentlərinin çıxışları planlaşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirlən forumda bir sıra ölkələrin hazırkı və sabiq prezidentləri, hökumət başçıları,  tanınmış siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edəcək.

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin – transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Giorgi Marqvelaşvili 2016-cı ildə keçirilmiş IV Qlobal Bakı Forumun da iştirakçısı olub.  (APA)



Xəbərin oxunma sayı : 127




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap