|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Gürcüstan prezidentinin davranışı:mübahisəli ərazi ilə bağlı təxribat kimə xidmət edir?
Tarix 03.05.19, 16:30 |
|
Ailə və dövlət başçısının səhv etməyə, demək olar ki, haqqı yoxdur. Ailə başçısı və ya başçılarının səhvlərini tez aradan qaldırmaq olar. Amma dövlətə başçılıq edənin xətasını bəzən illər uzunu düzəltmək olmur.
Qonşu Gürcüstanın prezidenti Salome Zurabişvili də seçildiyi altı ayda Azərbaycana qarşı təxribatçı davranışı və bəyanatı ilə yadda qalıb. Düzdür, o, ölkəsinin xarici işlər naziri vəzifəsində çalışanda da Azərbaycanın ünvanına xoşagəlməz çıxışları ilə sələflərindən fərqlənmişdi.
Salome Zurabişvili bu vəzifədə 2004-cü il martın 20-dən 2005-ci il oktyabrın 19-dək işləyib. Onun bu vəzifədə 1 il 7 ay işləməsinə səbəb də Gürcüstanın o vaxtkı hakimiyyətinin, xüsusilə parlamentin sədri Nino Burcanadzeni təhqir etməsi olmuşdu. Onda indiki prezident Gürcüstan parlamentində çoxluqda olan Milli Birlik Partiyası Hərəkatını və şəxsən N.Burcanadzeni “klan diktaturası” yaratmağa cəhddə ittiham etmiş, rəqiblərini “kaci”, gürcü dilində “vəhşi”, “kəndçi” adlandırmışdı. Gürcü nağıllarında “kaci” həm də “şeytan” (“demon”) deməkdir. Belə çıxır ki, təxribatla məşğul olmaq Gürcüstanın dövlət başçısı üçün xarakterik cəhətdir.
Deməli, cari il yanvarın 20-də Azərbaycan və gürcü xalqının qanına əli batmış Mixeil Avayana Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində büst qoyuldu. Bu erməni silahlısı həm də Abxaziyada Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşub. Bu tədbirin yanvarın 20-də keçirilməsi Azərbaycana və dünyadakı azərbaycanlılara qarşı atılan mənəvi-psixoloji təxribat sayıla bilər. Salome Zurabişvili seçkiqabağı kampaniyada Axalkalaki rayonunda erməni seçiçilərilə görüşdə onlara bir sıra vədlər vermişdi. Bu büstün qoyulması da həmin öhdəliklərdən sayıla bilər. Borçalı bölgəsində azərbaycanlıların Mixeil Saakaşviliyə səs verməsinin acığını xanım Zurabişvili belə çıxmışdı. Demokratik qüvvələrin və Gürcüstanın bütün vətəndaşlarının prezidenti sayılsa da, onun Azərbaycana və azərbaycanlılara qarşı kini hələ soyumamış görünür.
Salome Zurabişvili bu günlərdə müsahibələrindən birində Gürcüstanla Azərbaycan arasında mübahisəli sərhəd məsələsinə birtərəfli mövqe bildirməklə qarşı tərəfi təxribata çəkməyə səy göstərib. O, Keşikçi Dağı Məbəd-Kompleksini ziyarət edib və atdığı yanlış addıma haqq qazandırmağa da səy edib: “Yeni bir şeyin baş verdiyini demək düzgün deyil. Mən məbədi əvvəllər də ziyarət etmişəm. Tarixi düşüncəli vətənpərvər olduqlarını iddia edən şəxslərin məbədə ziyarətimi müəyyən təxribatın tərkib hissəsi olduğunu bildirmələrinə çox təəccüblənirəm. Prezident ölkədə olan hər hansı bir yerə səfər etməməlidir?”.
Xeyr, xanım Zurabişvili! Bu ərazi mübahisəlidir. Gürcüstan konstitusiyasına əsasən, prezident dövlət başçısıdır. Prezident Gürcüstan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, beynəlxalq münasibətlərdə dövlətin təmsilçisidir. Onda mübahisəli bölgəyə səfər etmək beynəlxalq hüququn pozulmasıdır. Həmin əraziyə yalnız məsələ həll edildikdən sonra dövlət başçısı səfər edə bilər. Əks halda, bu, işğal kimi də dəyərləndirilə bilər.
Yeri gəlmişkən, bu ərazi barədə qısa məlumatı da diqqətinizə çatdıraq. Keşikçi Dağ Məbəd-Kompleksi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) Azərbaycanın Gürcüstanla sərhədində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşən, böyük coğrafi sahəni əhatə edən məbəd-kompleksin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisindədir. Məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşüb. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər. Bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərib ki, divarlarına çəkilmiş şəkillər və gürcü dilində yazılar məbədin yaşı ilə müqayisədə xeyli gəncdir.
Bu arada Gürcüstan Patriarxlığı da Salome Zurabişvilidən geri qalmayıb. Qurum mayın 2-də yaydığı bəyanatda bildirib: “Biz həmçinin bəyan edirik ki, bu məbəd-kompleks Gürcüstan mədəniyyətinin ən qədim abidələrindən biri və ziyarətgahıdır və gürcü kilsəsi onun müdafiəsi üçün hər şey edəcək”.
Bununla belə, Gürcüstan Patriarxlığı qəti olaraq istənilən şəxsin Gürcüstan və Azərbaycan dövlətləri və xalqları arasındakı dostluq münasibətlərini gərginləşdirməyə yönəlmiş cəhdlərdən, həmçinin müsəlmanlara qarşı təhqiramiz ifadələrdən uzaq durmağa çağırıb: “Hesab edirik ki, həmin cəhdlər digər millətlərə, həmçinin Gürcüstan müsəlmanlarına qarşı düşünülmüş və ya düşünülməmiş təxribatlardır”. Bu baxımdan, Salome Zurabişvilinin təxribatla məşğul olduğunu patriarxlıq da təsdiqləyib.
Yeri gəlmişkən, Gürcüstan patriarxlığının Ermənistanla da kilsə məsələsində mübahisəsi yarımçıq qalıb.
Qeyd edək ki, Ermənistanın Gürcüstanla sərhəd bölgəsində Axtala, Kobayr, Xnevank, Xuçap və Kiransə kilsələri var. Onların statusu iki ölkə arasında gərginlik yaradıb. Bildirilir ki, rəsmi Tbilisi Ermənistan-Gürcüstan sərhədi yaxınlığında yerləşən 5 kilsə üçün rəsmi status istəyir. Erməni Apostol Kilsəsi gürcü kilsəsinin statusu haqqında iddialarla razı olsa da, kilsələrə nəzarətin Gürcüstanın əlinə keçməsinə qarşı çıxır. Erməni tərəfi XI-XII əsrlərdə bu monastırların həqiqətən gürcü kilsələri kimi istifadə olunduğunu təsdiqləyib: “Ancaq onlar apostol kilsəsi kimi tikildiyi üçün bizdə qalmalıdır”.
Əslində, Gürcüstan prezidentinin heç bir icraedici funksiyası yoxdur. Bütün icraedici səlahiyyətlər hökumətə aiddir. Bu baxımdan, məsələyə hökumət üzvlərinin münasibəti daha maraqlıdır.
Ölkənin xarici işlər naziri David Zalkaliani deyib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ həssas olduğundan biz buna ehtiyatla yanaşırıq”.
Onun sözlərinə görə, yaxın günlərdə Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiya fəaliyyətini bərpa edəcək.
D.Zalkaliani məsələ ilə bağlı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla daimi əlaqə saxladığını bildirib: “Biz Azərbaycan tərəfi ilə komissiyanın yenilənməsi ilə bağlı razılıq əldə etmişik”.
Bu günlərdə Gürcüstan parlamentinin binasında “Rusiya işğalçıdır” Vətəndaş Hərəkatının üzvləri Salome Zurabişviliyə qarşı impiçment tələbi ilə “Prezidentə qırmızı kart!” şüarı altında aksiya keçiriblər. Onlar bildiriblər ki, dövlət başçısının son bəyanatı ölkənin imicinə ciddi zərbə vurub. Bu aksiya barəsində danışdığmız məsələ ilə əlaqədar olmasa da, Salome Zurabişvilinin fəaliyyətinə qarşı Gürcüstan ictimaiyyətinin münasibətini əks etdirir. Təşkilatçılar prezidentin son bəyanatının dövlət əleyhinə olduğunu və Rusiyanın işğalçılıq siyasəti ilə üst-üstə düşdüyünü vurğulayıblar.
Qeyd edək ki, S.Zurabişvili “Amerikanın səsi”nin gürcüdilli redaksiyasına müsahibəsində ABŞ-ın Gürcüstanda hərbi baza yerləşdirməsinin məqsədəuyğun olmadığını vurğulayıb.
Nəhayət, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan erməni separatçılarına Gürcüstanın qucaq açması da Salome Zurabişviliyə başucalığı gətirmir. Cari ilin fevralında bu ölkədə keçirilən Uşu beynəlxalq turnirində Rusiya, Türkiyə idmançıları ilə yanaşı, Azərbaycanın işğal edilmiş torpaqlarından 12 “idmançı” da iştirak edib. Torpaqlarının bir hissəsi işğala məruz qalan Gürcüstanın belə davranışı başa düşülən deyil. Yoxsa, Salome Zurabişvili başda olmaqla rəsmi Tbilisi torpaqlarının itirilməsi ilə razılaşıb? Bu, onların öz işi olsa da, tutduqları mövqe yalnız beynəlxalq münasibətlər baxımından Azərbaycan üçün əhəmiyətli sayıla bilər.
Hər halda Gürcüstan prezidentinin Azərbaycana qarşı çıxışı, ermənisayaq ərazi iddiası köksüz deyil. O, 1952-ci il martın 18-də Fransada dünyaya gəlib. Bu ölkənin ictimai-siyasi mühitinin yetişdirməsidir. S.Zurabişvili 1974-2004-cü illərdə Fransa XİN sistemində çalışıb. 1980-84-cü illərdə Fransanın Strateji Planlaşdırma Mərkəzində fəaliyyət göstərib, 1990-93-cü illərdə Fransanın Çaddakı səfirliyində işləyib, 1993-96-cı illərdə Fransanın NATO-dakı daimi missiyasının birinci katibi olub, 1996-2003-cü illərdə Fransa XİN-in strateji şöbəsində işləyib. 2003-2004-cü illərdə Zurabişvili Fransanın Gürcüstandakı səfiri olub. 2004-cü ildən 2005-ci ilə qədər prezident Saakaşvilinin təklifi ilə Gürcüstanın xarici işlər naziri postunu tutub. Rus ordusunun Gürcüstandan çıxarılması prosesinə rəhbərlik edib. 2005-ci ilin noyabrında Zurabişvili müxalif Gürcüstan Yolu Partiyasını yaradıb. Ancaq anti-Rusiya olmaq ona Azərbaycan torpaqlarına iddia etməyə, yaxud iki ölkə arasındakı mübahisəli torpaqlar dövlət başçısı olaraq, səfər etməyə haqq qazandırmır.
Sonda ömür yoluna nəzər yetirəndə Salome Zurabişvilinin siyasi xadim kimi yetişməsində erməni izləri də görünür. Ermənilərə can yandırılması, onların uydurma tarixlərinin dəstəklənməsi Fransanın strategiyasının tərkib hissəsidir. Gürcüstanın indiki prezidenti isə Fransanın Strateji Planlaşdırma Mərkəzində fəaliyyət göstərib. Belə ehtimal etmək olar ki, aldığı təhsil onun gənc yaşlarından ermənisevər kimi formalaşmasında böyük rol oynayıb. Bu baxımdan, onun Azərbaycana qarşı davranışı gözləniləndir.
Sədrəddin İsmayılov,
Report.az
Xəbərin oxunma sayı : 466
Analiz
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV