Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gürcüstan XİN:“Keşikçidağ yaxınlığında baş verən insident iki ölkənin strateji münasibətlərinə uyğun deyil“

Tarix 16.07.19, 11:57

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında Gürcüstan vətəndaşlarının iştirakı ilə baş verən insident Gürcüstan və Azərbaycan arasında strateji münasibətlərə uyğun deyil

AzFakt.com “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Bu cür insidentlər iki ölkə arasında mövcud olan strateji və əməkdaşlıq münasibətlərinə uyğun deyil. Məhz buna görə də biz hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın görüşləri vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu məsələdə tam hazır olduğunu nümayiş etdirir. Həmçinin təxribatlardan yayınmaq üçün ictimaiyyətin maksimal dərəcədə təmkinlik nümayiş etdirməsi vacibdir”.

Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum ediblər və onları nalayiq ifadələrlə təhqir ediblər. Bununla bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap