Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gürcüstanda 305 nəfər aksiya iştirakçısı saxlanılıb- Nazir müavinindən açıqlama

Tarix 21.06.19, 19:03

Font ölçüsü : - / +
bitmap-img6


Rustaveli prospektində müxtəlif hüquqpozmalara görə 305 nəfər aksiya iştirakçısı saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər nazirinin müavini Vladimir Bortsvadze məlumat verib. O deyib ki, aksiya zamanı baş vermiş qarşıdurmada iştirakçılarla yanaşı, polis əməkdaşları da xəsarət alıblar. Polisə məxsus texnika yararsız hala salınıb. Gürcüstan DİN Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə (qrup halında zorakılığın təşkili, zorakılığa rəhbərlik və ya bu hadisələrdə iştirak) araşdırma aparır.

Nazir müavini deyib ki, əvvəlcə aksiya dinc xarakterli olsa da, sonradan bir qrup iştirakçı polisə təzyiq göstərmək və güc tətbiq etməklə parlamentin binasına hücum edib.

Polis bunun qarşısını almağa cəhd göstərib, lakin aksiya iştirakçıları müxtəlif vasitələr – dəyənək, metal konstruksiyalı vasitələr, daş və küt alətlərlə polisə hücum ediblər. Təhlükəsizlik qüvvələri “Polis haqqında” Qanuna müvafiq olaraq iştirakçılara qarşı gözyaşardıcı qaz, su şırnağı və rezin güllələrdən istifadə ediblər. Buna baxmayaraq, azğın kütlə səhərə qədər kobud şəkildə ictimai təhlükəsizliyi pozmağa davam edib. Pozucu qüvvələr polis avtomobillərinə, habelə mülki şəxslərin minik avtomobillərinə, yaxınlıqdakı ictimai-iaşə obyektlərinə ziyan vurublar. “Bütün bunlara görə də ümumilikdə 305 nəfər saxlanılıb”, – deyə nazir müavini vurğulayıb.




Xəbərin oxunma sayı : 166




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap