Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gürcüstanda azərbaycanlılar və svanlar arasında yenə insident olub - Dörd nəfər saxlanılıb

Tarix 12.06.21, 8:39

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində dörd nəfər saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər bu ilin iyunun 10-da Dmanisidə 3 gənclə mübahisə ediblər və fiziki təzyiq göstəriblər.

Polis ikisi keçmiş məhkum olmaqla dörd şəxsi “isti izlər”lə yaxalayıb. Faktla bağlı iki və ya daha artıq şəxsə qarşı qrup halında zorakılıq maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsləri 2 ilədək müddətə həbs cəzası gözləyir.

Yayılan qeyri-rəsmi məlumatlara əsasən, insident yerli azərbaycanlılar və svanlar arasında baş verib. Saxlanılan şəxslərin svan əsilli ekomiqrantlar olduğu bildirilir.

Qeyd edək ki, Dmanisidə azərbaycanlılar və svanlar arasında son insident mayın 16-da baş verib. Növbəti gün tərəflər arasında barışıq əldə olunmuşdu və rayonda gərginlik aradan qaldırılmışdı.



Xəbərin oxunma sayı : 664




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap