Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gürcüstanda növbədənkənar seçkilər:bülletenlər Azərbaycan dilində çap olunacaq

Tarix 14.05.19, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanda mayın 19-a keçiriləcək növbədənkənar və aralıq seçkilər üçün bülletenlərin çapına başlanılıb.

Bu barədə Gürcüstanın Mərkəzi Komissiyası (MSK) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə, 370 300 bülleten çap olunacaq. Bunlardan 39 500-ü Gürcüstan parlamentinə, 19 750-si yerli məşvərət orqanlarına, 311 050-si isə icra başçısı vəzifələrinə keçiriləcək seçkilər üçün nəzərdə tutulub.

Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı seçkiləri üçün bülletenlər Azərbaycan və erməni dillərində də çap olunacaq.

MSK çap olunmuş bülletenləri səsvermə prosesinin başlanmasına ən azı 12 saat qalmış dairə seçki komissiyalarına təqdim etməlidir.

Qeyd edək ki, mayın 19-da qonşu ölkədə Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneuli rayonlarına isə icra başçıları seçiləcək. Aralıq parlament seçkilərində isə Tbilisinin Mtatsminda rayonunun majoritar dairəsindən deputat seçiləcək. Gürcüstan prezidenti Salome Zurabişvili dövlət başçısı seçilənə qədər qanunverici orqanda məhz bu rayondan deputat olub/Report.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap