Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Gürcüstanda uşaq bağçaları və məktəblərdə qış tətilinin müddəti uzadılıb- Qripə görə

Tarix 09.01.19, 16:59

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın ictimai məktəblərində qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qərar qəbul edib.

Nazirlikdən bildirilib ki, qrip virusu ilə bağlı epidemiya olmasa da, tətilin müddətinin uzadılması qərarı şagird və müəllimlərin sağlamlığının qorunması məqsədilə verilib.

Qurum məktəblərdə tətil müddətində dezinfeksiya işlərinin aparılması ilə bağlı tövsiyələr də verib.

Bundan başqa, Tbilisdəki uşaq bağçalarında da qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb. Bu barədə Tbilisi Uşaq bağçalarının İdarə olunması Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiq olunub. Hazırda qonşu ölkədə 640-a yaxın şəxs qripdən xəstəxanalarda müalicə olunur. Onların 39-u Reanimasiya şöbəsindədir.

Məktəblərdə qış tətilinin müddəti yanvarın 14-dək davam etməli idi.



Xəbərin oxunma sayı : 118




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap