Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir- Sumqayıt və Gəncədə

Tarix 19.07.18, 3:07

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt və Gəncədə güzəştli mənzil tikintisi üçün torpaq sahələri müəyyənləşdirilir.

Bu barədə “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti üzrə hesabatda deyilir.

Qeyd olunur ki, ötən müddət ərzində Azərbaycanın regionları üzrə, o cümlədən iqtisadi inkişaf göstəriciləri yüksək olan şəhərlər üzrə statistik məlumatların təhlili aparılaraq, növbəti illər ərzində mənzil tikintisinə ehtiyacı olan əsas şəhərlər müəyyənləşdirilib. Eyni zamanda, güzəştlə mənzil əldə etmək hüququ olan və “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan vətəndaşlar arasında güzəştli mənzillərin inşa oluna biləcəyi şəhərlərin, mənzillərin otaq sayının və ölçülərinin, digər göstəricilərin proqnozlaşdırılması məqsədilə sorğu keçirilib.

Əldə olunmuş nəticələr güzəştli mənzillərin tikintisi üçün potensial şəhərlərin müəyyənləşdirilməsində istifadə edilib. Aparılmış araşdırmaların nəticələrinə əsasən Sumqayıt, Gəncə və s. şəhərlərdə də uyğun qiymətə mənzillərin tikintisi imkanlarının təhlilinə başlanılıb. Sumqayıt və Gəncə şəhərlərində münasib torpaq sahələrinin müəyyənləşdirilməsi üçün ilkin işlər aparılıb.

Müxtəlif mülkiyyətlərdə olan torpaq sahələrinin mənzil təminatında istifadəyə cəlb edilməsi üçün müxtəlif mexanizmlərlə bağlı təklilflər hazırlanıb. (Trend)



Xəbərin oxunma sayı : 454




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap