Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Gədəbəydə döyülərək öldürülən ananın 3 uşağı dövlət himayəsinə veriləcək

Tarix 14.02.17, 16:59

Font ölçüsü : - / +
bitmap-img6


Gədəbəy rayonunda anası atası tərəfindən öldürülən 3 uşaq dövlətin himayəsinə veriləcək

Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Komitədən xatırladılıb ki, kütləvi informasiya vasitələrində Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü 3 uşaq anası Dürdanə Əsgərovanın həyat yoldaşı 1983-cü il təvəllüdlü Zamur Allahverdiyev tərəfindən qətlə yetirilməsi barədə məlumat öz əksini tapıb. Məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılmış hadisə təsdiqini tapıb.

Bununla əlaqadar olaraq, Komitənin Hüquqi-təminat şöbəsinin əməkdaşı 9 fevral 2017-cı il tarixdə Gədəbəy rayonuna ezam olunaraq vəziyyətlə yerində tanış olub.

Fevralın 9-da Gədəbəy rayon İcra Hakimiyyətində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin iştirakı ilə iclas keçirilibr. İclasda Komitənin əməkdaşı ilə yanaşı, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı yanında YYÇ-ların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu, Komissiyanın məsul katibi, Gədəbəy rayon Polis Şöbəsinin YYÇ-larla profilaktik işin təşkili qrupunun baş inspektoru, Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru və psixoloqu iştirak edib.

Məlum olub ki, 1978-cü il təvəllüdlü 3 uşaq anası Dürdanə Əsgərova həyat yoldaşı Gədəbəy rayon Zəhmətkənd kənd sakini Zamur Allahverdiyev tərəfindən döyülərək qətlə yetirilib. Gədəbəy rayon Polis şöbəsi və Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən bildirib ki, mərhumun özünün və onun qohumlarının zorakılığa məruz qalması ilə bağlı rayon Polis şöbəsinə və İcra Hakimiyyətinə hər hansı bir müraciəti olmayıb. Gədəbəy rayon İcra Hakimiyyətinin Zəhmətkənd üzrə kənd nümayəndəsinin verdiyi məlumata görə, əvvəllər ailə maddi vəziyyətinin ağır olması ilə bağlı müraciət edib və müvafiq köməklik göstərilib.

Tədbirdə daha sonra “Məişət zorakılığı qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunu və onun icra mexanizmləri haqqında məlumat verilib, əhali arasında profilaktik işlərin aparılmasının vacibliyi vurğulanıb.

Daha sonra iclas iştirakçıları ailəyə baxışı keçirib və məlum olub ki, mərhumun övladları yetkinlik yaşına çatmayan 14.09.2012-ci il təvəllüdlü Şəhla Zamur qızı Allahverdiyeva, 07.10.2008-ci il təvəllüdlü Şöhrət Zamur oğlu Allahverdiyev və 03.01.2010-cu il təvəllüdlü Şakir Zamur oğlu Allahverdiyev hazırda ögey əmi Zakir Allahverdiyevin evində müvəqqəti yerləşdirilib. Mənzil bir otaqdan ibarətdir və uşaqların yaşaması üçün şərait yoxdur. Gədəbəy rayon İcra Hakimiyyətindən verilən məlumata görə Zakir Allahverdiyev uşaqlara baxmaq üçün maddi imkanının olmadığını bildirib və uşaqların dövlətin himayəsinə verilməsini istəyib.

Bunları nəzərə alaraq uşaqların yaşadığı mühitdən çıxarılaraq dövlətin himayəsinə verilməsi məqsədəuyğun hesab edilib. Gədəbəy rayon İcra Hakimiyyəti məsələni nəzarətə götürüb, müfaviq sənədlər toplandıqdan sonra uşaqların ailə tipli müəssisəyə yerləşdirilməsi qərara alınıb. Hazırda baş vermiş hadisənin uşaqlara təsirinin azaldılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayonunda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən profilaktik tədbirlər görülür.

Dövlət Komitəsi məişət zorakılığı baş vermiş ailələrdə fərdi monitorinq və reabilitasiya tədbirlərini davam etdirəcək.



Xəbərin oxunma sayı : 160




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap