Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gələn il avtomonillərin qiyməti sürətlə artacaq - Artıq qiymət artımı başlayıb...

Tarix 17.12.18, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


"Gələn il avtomobillərin qiymətindəki artım sürətlənəcək”. 

AzFakt.com xəbər verir ki, bu proqnozu iqtisadçı-eskpert Vuqar Bayramov verib. O, Vergi Məcəlləsinə edilən dəyişiklikləri xatırladıb: "Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri gələn il yanvarın 1-dən etibarən artırılacaq. Dəyişikliyə əsasən, bütün növ mühərrikə malik avtomillərin idxalına tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulub. Avtomobillərin mühərriyinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib. Bu göstərici 3000 kubsantimetrədək olan avtomobillər üçün əvvəllət 400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə isə 3 manat idisə gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq. Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulur”. 

İqtisadçı bildirib ki, dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir: "Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da, kiçik mühərrikli avtomobillərin idxalındakı vergiləri yüksəldilməsi izah edilən deyil. Avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac baxımdan problemlər yarada bilər. Buna görə də mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi. Eyni zamanda gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımı da cüzi olması məqsədə uyğun idi. Bütövlükdə, gələn il xüsusən yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir”.



Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap