Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Gələn il Azərbaycanda bahalaşa biləcək – MƏHSUL və XİDMƏTLƏR

Tarix 30.12.18, 18:10

Font ölçüsü : - / +
bitmap-img6


Yeni il yaxınlaşdıqca maliyyə vəziyyətinin yaxşılaşacağına ümidlə yanaşı, istehlak məhsullarının qiymətinin bahalaşacağı ilə bağlı narahatlıqlar artır. 

2019-cu ildə ölkədə inflyasiyanın sürəti cari illə müqayisədə yüksək ola bilər, yola saldığımız ilin son günlərində Azərbaycan istehlakçıları artıq qiymətlərin artdığını hiss etməyə başlayıblar.

 FED.az biznes və maliyyə xəbərləri portalı insider.az-a istinadən xəbər verir ki, ilk növbədə minik avtomobillərinin qiyməti artmağa başlayıb. Qiymət artımı əsasən 2-3 litrlik mühərrikli avtomobillərdə müşahidə olunur. Əhali 2019-cu il yanvarın 1-dən avtomobil idxalına aksizlərin artacağını nəzərə alaraq, yola saldığımız ilin son günlərində avtomobil əldə etməyə çalışır. Müxtəlif qiymətləndirmələr üzrə avtomobil bazarında qiymətlər 2019-cu ilin yanvarında ötən ilin analoji dövrü ilə müqayisədə arta bilər.

Son zamanlar gənclər arasında energetik içkilərin populyarlığı artmağa başlayıb. Lakin Vergi məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar litrinə görə 2 manatdan alkoqollu və 3 manatdan olmaqla alkoqolsuz energetik içkilərə aksiz markaları tətbiq olunur.

Yeri gəlmişkən, ənənəvi siqaretlər əvəzinə, elektronlara üstünlük verənlərə də bəd xəbər var. Elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Əhalinin gəlirlərinin artması və milli valyutanın stabilliyi ölkədə mənzil tikintisini canlandırıb. Tikinti şirkətlərinə ərazinin labüd minimal sahəsi, tikilən yaşayış binalarının arxitekturası ilə bağlı tələblərin gücləndirilməsi, şirkət sahiblərinin hər kvadrat metrinə olan xərclərini artırdı. Bu səbəbdən də gələn il mənzillərin qiymətinin 5-7% artacağı istisna deyil.

Bakıda cari ilin avqustun 1-dən avtobus və metro stansiyalarında gediş haqqının tarifləri 50% artırılıb.

Lakin Vergi məcəlləsinə edilmiş dəyişikliyə əsasən, ilk dəfə olaraq avtobusların idxalına aksiz vergisi tətbiq olunur ki, bu da idxal olunmuş nəqliyyat vasitəsinin qiymətini əhəmiyyətli dərəcədə artıracaq. Bununla əlaqrədar olaraq, yalnız şəhərlərarası deyil, şəhərdaxili sərnişin daşımalarının da tariflərinin artacağı istisna deyil.

Ərzaq məhsullarının qiymətinin mümkün artımına gəldikdə isə, bu sahədə nisbi stabillik proqnozlaşdırılır. Yəni artım olsa belə, cüzi olacaq.

Gələn il istehlak xərclərini azaltmaq üçün yeni imkanlar yarana bilər. Söhbət alınan istehlak məhsullarına görə nağdsız ödəniş etməyin, yaxud da ödəniş kartına “cashback”-in üstünlüklərindən gedir. “Cashback” mexanizmi hələ 2017-ci ilin yanvarının 1-i “Nağdsız hesablaşmalar haqqında” qanun qüvvəyə mindikdən sonra işə düşməli idi, lakin 2016-cı ilin nəticələrinə əsasən, ƏDV 3,8% düşdü və hökumət bu addımı atmağa qərar verə bilmədi.

Ümumiyyətlə, “cashback” elementləri Bakı şopinq-festivalları (BŞF) çərçivəsində reallaşdırılıb. Qeyd edək ki, bu festivallar zamanı alış-veriş edənlər nağdsız ödənişlərin əlavə dəyər verginin 15%-nin qaytarılması kimi üstünlüklərinə daha tez adaptasiya olunurlar.

Müvafiq olaraq, əhalinin bu qrupu üçün 2019-cu ildə istehlak bazarında mümkün bahalaşma, nəticə etibarı ilə, demək olar, bütün mallara olan qiymətlərin düşməsinə gətirib çıxaracaq.




Xəbərin oxunma sayı : 682




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap