Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO “Mən də xəyanətə uğramışam“ - Tünzalə Ağayeva Şou-biznesin heç vaxt ərə getməyən qadınları - SİYAHI Tünzalə sinə dekoltesi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

  • / Maqazin / — 21 Oktyabr 2022

    “Mən də xəyanətə uğramışam“ - Tünzalə Ağayeva

  • / Maqazin / — 16 Oktyabr 2022

    Şou-biznesin heç vaxt ərə getməyən qadınları - SİYAHI

  • / Maqazin / — 07 Oktyabr 2022

    Tünzalə sinə dekoltesi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 04 Oktyabr 2022

    “Deyirlər, pulu çoxdur, nə vecinə, özü üçün yaşayır“ - Röya

  • / Maqazin / — 25 Avqust 2022

    Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR

Gələn il əmək haqqı və pensiyalar nə qədər artacaq? - Deputat rəqəmləri açıqladı

Tarix 23.09.22, 21:36

Font ölçüsü : - / +
bitmap-img6


Dünən Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib. İclasda qeyd olunan məsələlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi olub. 

Qeyd olunub ki, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri bu illə müqayisədə 9,2% çox nəzərdə tutulub.

Deputat Vüqar Bayramov bildirib ki, 2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır. 

Onun sözlərinə görə, gələn ilki büdcənin 23.7 faizi əməyin ödənilməsinə yönəldiləcək: "Bu həmin istiqamətə 6 milyard 495 milyon manat vəsaitin ayrılacağı deməkdir. Bu 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5.2, ötən ilki faktiki göstəriciyə nəzərən isə 30.6 % faiz artım deməkdir".

İqtisadçı əlavə edib ki, 2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə isə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5.9 faiz, 2021-ci ilin icrası ilə müqayisədə 25.3 faiz çoxdur.

"Bütövlükdə, 2023-cü ildə sosial istiqamətlər üzrə artımlar nəzərdə tutulub. Bununla yanaşı, gələn ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq. Dünya iqtisadiyyat üçün proqnozlar heç də ürəkaçan olmadığı üçün idxal inflyasiyası gələn ildə də istehlak bazarımıza təsirsiz ötüşməyəcəcək. Bu baxımdan da, sosial müdafiə tədbirləri fiskal siyasətdə əsas istiqamət olaraq qalmaqdadır", - deputat vurğulayıb.



Xəbərin oxunma sayı : 622

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap