Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Gələn ilin pensiya və müavinətləri üçün büdcə artırıldı – RƏQƏMLƏR

Tarix 19.10.18, 17:46

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə büdcəsi üçün nəzərdə tutulan vəsaitin həcmi məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, gəlir və xərcləri əks etdirən rəqəmlər “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Sənəddə qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə büdcə gəlir və xərcləri üçün 3 milyard 928 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, DSMF-nun 2018-ci il büdcəsinin gəlir və xərcləri 3 mlrd. 578,76 mln. manat məbləğində təsdiq edilmişdi.

Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait əsasən əhaliyə pensiya, müavinət və təqaüdlərin ödənilməsinə xərclənir.

Qeyd edək ki, büdcə zərfinə daxil olan “2019-cu il dövlət büdcəsi haqqında”, ” 2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap