“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Gənc qız kafedə xadiməni döyərək burun və ağzındakı protezi sındırdı – MƏHKƏMƏ

Tarix 06.02.25, 10:42

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Maya Qədirovanın (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2024-cü ildə Yasamal rayonu ərazisində yerləşən “Mery Pub” kafesinin mətbəxində qeydə alınıb.

Belə ki, sözügedən kafedə çalışan 1998-ci il təvəllüdlü Maya Qədirova orada xadimə işləyən, zərərçəkmiş Zəminə Səfərli (şərti) ilə mübahisə edib. Bu zaman o, əvvəlcə zərərçəkmişin ünvanına nalayiq ifadələr işlədib, sonra şüşə külqabı ilə onun sifət nahiyəsindən qəsdən vurub. Nəticədə xadimənin burun sümüyü və ağzında olan 600 manat dəyərində diş protezinin sınıb. Daha sonra Maya xuliqanlıq hərəkətlərini davam etdirərək kafenin yerləşdiyi Zivərbəy Əhmədbəyov küçəsinə çıxaraq orada olan insanların gözü qarşısında yüksək səslə nalayiq ifadələr işlədib Zəminənin saçlarını yolub.

Hadisədən sonra Maya Qədirova saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə onun əməli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsindən həmin Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib və Mayaya 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 



Xəbərin oxunma sayı : 781




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap