Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gəncə bazarında qudaların qanlı davası - TƏFƏRRÜAT

Tarix 04.07.22, 10:58

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə şəhərində 1965-ci il təvəllüdlü Nemət şəxsi münasibətlər zəminində tanışı Elxana bıçaqla xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il iyulun 18-də, saat 05 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsində yerləşən “ABAD MMC”yə məxsus bazarda baş verib. Orada Nemət aralarında yaranan münaqişə zəminndə Elxanı bıçaqla vurub. 

İstintaq orqanı tərəfindən Nemətin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Onun barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xəqani Səmədovun sədrliyi ilə baxılıb. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nemət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsindən 1997-ci ildə ayrılıb: “Bir qızım və iki oğlum var. Uzun illər Rusiya Federasiyasında yaşamışam. 3 iyul 2019-cu ildə Rusiya Federasiyasından qayıdaraq Gəncə şəhərində yaşamağa başladım. “Dubay bazarı” adlanan bazarda fəhləliklə məşğul oluram. Elxanı təxminən 20 ildən çoxdur ki, tanıyıram. Elxan həmkəndlim olub və onunla normal münasibətlərim olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2 il əvvəl onun qızı İlahiyə Elxanın oğlu Sərxan ilə qoşularaq qaçıb və ailə həyatı qurublar: “Onların toylarında nə mən, nədəki Elxan iştirak etmədik. Onlar evləndikdən 3 aydan sonra qızım İlahiyə əri Sərxan ilə münasibətləri pisləşdiyi üçün boşandılar”. 

Nemət deyib ki, 17 avqust 2021-ci ildə axşam radələrində evdə yemək yeyərkən bir qədər spirtli içki qəbul edib: “İyulun 18-də, saat 02 radələrində həmişə olduğu kimi işlədiyim “Dubay bazarı” adlanan bazara getdim. Bazara getdikdən sonra həmişəki kimi fəhlə olaraq meyvələrin maşınlardan boşaldılması və daşınması ilə məşğul oldum. Saat 04.30-da bir şüşə pivə alaraq içdim. Saat 5 radələrində çiyələklərin seçilməsi ilə məşğul olarkən məndən təxminən 3 metr aralıda bir neçə nəfər şəxsin deyib, güldüyünü gördüm. Onlara baxarkən, həmin şəxslərin arasında keçmiş qudam Elxanı gördüm. Bərk əsəbləşdim. İiçkili olduğumdan Elxanın məni ələ salaraq güldüyünü fikirləşdim. Əsəbi olduğum üçün həmin bazarın giriş tərəfindəki bulağa yaxınlaşdım. Əl-üzümü yudum və daha sonra keçmiş qudam Elxanın tək dayandığını gördüm. Ondan məni tanıyıb-tanımadığını soruşdum. Elxan mənə “niyə tanımıram... Nemət deyilsənmi..” dedi. Bundan sonra bərk əsəbləşərək üzərimdə olan bıçaqla Elxanın qarın nahiyəsindən bir dəfə zərbə endirdim. Bu zaman Elxanın qardaşı uşaqları və bazarda olan adamlar ora toplaşmağa başladılar. Onların yaxınlaşdığını gördüm və oradan uzaqlaşdım. Bazarın digər qapısından çıxaraq “Bayraq meydanı” adlanan parka getdim və həmin parkda Elxana xəsarət yetirdiyi bıçaqdakı qan izlərini salfet ilə sildim. Sonra həmin bıçağı cibimə qoydum. Bundan sonra evə gəldim. Evdı polis əməkdaşları məni tutdular, polis idarəsinə apardılar”.

Məhkəmənin hökmü ilə Nemət 6 il müddətinə azadlıqdam məhrum edilib. 



Xəbərin oxunma sayı : 1201




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap