Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Gəncədə idmançı adam öldürdü – YENİLƏNİB

Tarix 10.07.17, 17:10

Font ölçüsü : - / +
bitmap-img6


“Gəncədə 39 yaşlı kişinin qətlə yetirən idmançının heç bir nailiyyəti olmayıb”

AzFakt.com xəbər verir ki, Lent.az-a bu barədə Azərbaycan Kikboks Federasiyasının mətbuat xidmətinin rəhbəri İntizarə Əbilova məlumat verib.

İ. Əbilova qeyd edib ki, Eldəniz Məmmədov  8 il qabaq kikboksla məşğul olub: “Bizim çempionlarla bağlı siyahımız var. Siyahıda bu şəxsin adı yoxdur. Gəncədə olan müəllimlərimizlə də əlaqə saxlamışıq. Belə adda idmançı olmadığını dedilər”.

Kikboks Federasiyasının sözçüsü onu da qeyd edib ki, Eldəniz Məmmədov özü ifadəsində idmançı olduğunu deyib: “Mən məsələ ilə bağlı müstəntiqlə də əlaqə saxladım. Onlar bildirdilər ki, bu şəxs ilkin ifadəsində Azərbaycan çempionu olduğunu deyib. Biz KİV-ə bununla bağlı təkzib göndərəcəyik. Eldəniz Məmmədov adda Azərbaycan çempionu yoxdur”.


Gəncə şəhərində meyiti tapılan şəxsin ikiqat dünya çempionu tərəfindən öldürüldüyü məlum olub.

AzFakt.com Report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Adil oğlu Orucovun şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə” bazarının yaxınlığında meyiti tapılıb. Yerli sakinlər tərəfindən Kəpəz Rayon Polis İdarəsinə məlumat verilib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinə yerləşdirilib. Müayinə zamanı meyitin üzərində zorakılıq və döyülmə əlamətləri aşkarlanıb. 

Dərhal Gəncə Şəhər Prokurorluğunda əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 1994-cü il təvəllüdlü Eldəniz Məmmədov saxlanılıb. 
Məlum olub ki, axşam saatlarında Kəpəz rayonu ərazisində yerləşən çay evlərindən birində R.Orucov və E.Məmmdov arasında mübahisə olub. Mübahisə zəminində E.Məmmədov R.Orucovu döyüb. Ağır bədən xəsarətləri alan R.Orucov hadisə yerindən bir qədər uzaqlaşıb və huşunu itirərək yerə yıxılıb. Onun meyiti səhər saatlarında yerli sakinlər tərəfindən tapılıb. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir. 



Xəbərin oxunma sayı : 175




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap