Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Gəncədə təhsilə həsr olunmayan ənənəvi konfrans

Tarix 10.09.17, 4:36

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda icra hakimiyyəti başçıları arasında ən qalmaqallı şəxs hesab olunan Elmar Vəliyev Gəncəyə təyinatından bu yana demək olar ki, ən iri ranqlı məmurlarla həmişə açıq savaşlar aparır. Yəni o, özündən yüksək vəzifə səlahiyyətləri daşıyan hər məmurun işinə birbaşa müdaxilələr edib, ölkənin ikinci böyük şəhərini istəklərinə uyğun tərzdə idarə edir”. Bizimxeber.az-a Gəncə şəhərində işləyən müəllimlərin adından belə bir müraciət daxil olub. 

Məlumatda qeyd olunur ki, ümumiyyətlə, son illər Elmar Vəliyev ədalı hərəkətləri ilə daha çox təhsil naziri Mikayıl Cabbarovla problemlər yaşayır. Belə ki, icra başçısı təyinatından dərhal sonra o Gəncə şəhərindəki orta məktəblərdə də kadr islahatları aparıb, özünün şəxsən önəm verdiyi şəxsləri direktor təyin edib, bir sıra məktəb direktorunu isə vəzifəsindən özünəməxsus tərzdə qovdurub.

Təbii ki, bu addımlar haqlı olaraq təhsil nazirliyi tərəfindən heç də yaxşı qarşılanmayıb və dəfələrlə ölkə təhsilinin inkişafına xüsusi önəm verən və Prezident cənab İlham Əliyev tərəfindən bu vacib öhdəliyi çiyinlərində daşıyan Mikayıl Cabbarov məsələnin ciddiliyini bildirməklə narahatlığını bildirib, dəfələrlə E.Vəliyevi təhsil nazirliyinin işlərinə müdaxilələrdən çəkinməyə dəvət edib.

Təsadüfi deyil ki, hətta Mikayıl Cabbarov Gəncədə keçirdiyi iclaslarda nazirliyə tabe bütün qurumların yalnız təhsil nazirliyinə tabe olduğunu xatırlatmaqla icra hakimiyyətlərinin məktəblərə və digər təhsil müəssisələrinə qanunsuz müdaxilələrini pisləyib. Bütün bunlara baxmayaraq, bir çox hallarda təhsil naziri Elmar Vəliyevin şəxsi mövqeyinə uduza-uduza gedir.

7 sentyabr 2017-ci ildə Gəncə şəhərində Təhsil işçilərinin ənənəvi konfransı keçirildi. Əlbəttə, əgər buna konfrans demək mümkün isə…

Əslində bu konfrans təhsillə bağlı problemlərə, qabaqcıl müəllimlərin iş təcrübəsinin təbliğınə və təhsillə bağlı bir sıra aktual məsələlərə həsr olunmalıdır. Konfransda “Gəncə şəhərinin Təhsil Naziri” statusunu almış şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, bir vaxtlar Məmmədəmin Rəsulzadəni təhqir edən gəncəlilər tərəfindən seçilməyən, amma “Gəncənin deputatı vəzifəsi”nə təyin olunan Naqif Həmzəyev, Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov, habelə Təhsil Nazirliyinin rəsmisi Mətin Eynullayev iştirak edirdi.

Maraqlıdır ki,konfransda müzakirə obyekti təhsilin problemləri yox, Gəncə orta məktəblərində Yevlaxdakı “Lalə” tekstil fabrikinin istehsal etdiyi məktəbli formalarının satılması, şəhərin abadlaşdırılması, Gəncədə 17 sentyabrda keçiriləcək marafon yürüşü, habelə Gəncə şəhərindəki 10 saylı orta məktəbin direktoru Arzu xanımın təmtəraqlı tərifi məsələləri olmuşdur.

O Arzu Əliyevanın ki, məktəbin hər bir yerinə kamera qoydurub, məktəbə həftələrlə gəlmir ( işə gələndə də ədəbsiz danışıqları və kobud ifadələri özündən qabaq gəlir) və məktəbi skayp vasitəsilə telefonla idarə edir.

Arzu Əliyevanın həyat yoldaşı Samux rayonu İcra Hakimiyyətində İcra başçısının təsərrüfat məsələləri üzrə müavini işləyir. Sabiq icra başçısı Vilyam Hacıyev həm Arzu Hacıyevanı, həm də onun yoldaşı Qəzənfər adlı şəxsi qudurganlıgına və biabırçı hərəkətlərinə görə işdən qovmuşdu.

Lakin Elmar Vəliyevin Qəzənfər adlı şəxslə yaxın olması ucbatından Arzu Əliyeva qol-qanad açıb. Arzu Əliyeva əvvəllər müqavilə əsasında təhsil idarəsində inspektor işləsə də dövlət qullugu imtahanından keçməməsinə baxmayaraq direktor vəzifəsinə təyin olunub.

Samux rayonunun sabiq icra başçısı Vilyam Hacıyev tərəfindən Navağalı qəsəbə məktəbinin direktoru vəzifəsindən ,eyni zamanda məntəqə sədrliyindən biabırçı şəkildə qovulan Əliyeva Arzu Şirin qızı Elmar Vəliyevin xeyir duası ilə Gəncə şəhərindəki 10 saylı orta məktəbə direktor təyin olundu.

Direktor təyin olunan bir gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı.Ərinin, yəni el arasında Qəzi adı ilə məşhur olan həyat yoldaşının Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə yaxın olmasından tez-tez istifadə edərək heç kimdən qorxmadığını bildirir və deyir ki,gedin kimə istiyirsiz şikayət edin.Bu adam qadın olmağına baxmayaraq dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır,ədəbsiz sözlər işlədir.Belə hərəkət heç bir pedaqoji etikaya sığmır.

İndi bu konfransda Arzu Əliyeva bütün direktorlara Elmar Vəliyev tərəfindən nümunə göstərildi. Təəssüflər olsun ki, konfransın gedişındə Təhsil Nazirliyinin rəsmisi Mətin Eynullayev izləyici olmuş, onun prosesə heç bir müdaxiləsi olmamış və ümumiyyətlə, bu istəkdə də bulunmamışdır. Bütün bunlar Gəncə şəhərində təhsilin Elmar Vəliyev tərəfindən idarə olunmasının bir daha sübutudur.

Gəncə şəhərində şagirdlərin siniflər üzrə orta sıxlığı 22 nəfər olmalı olduğu halda, 10 saylı orta məktəbdə naməlum səbəblərdən 10-18 şagird olan siniflər müəmmalı şəkildə saxlanılır. Bu siniflərin bağlanmaması üçün məktəb rəhbərliyi həmin siniflərdə dərs deyəcək müəllimlərdən pul toplayır, lazımi yerlərə verəcəyini bildirərək maliyyə pozğunluğuna yol verərək, sinifləri bağlanmağa qoymayacağını kollektivə çatdırır.

Gəncənin orta məktəblərində məktəbli formaları məcburi şəkildə valideynlərə 80 manata satılır. Maraqlıdır,Elmar Vəliyevə məxsus olan Yevlaxdakı “Lalə” tekstil fabrikinin çox biabırçı məhsulları nədənsə, yalnız 10 saylı məktəbə iddia olunduğu kimi maya dəyərinə, yəni 60 manata verilir. Digər məktəblərin bəziləri bu formanı buradan 60 manata alıb, 80 manata satır. Görəsən,cənab başçıya məxsus olan “Lalə” tekstil fabrikinin digər məktəblərə 80 manata verdiyi formanı, 10 saylı orta məktəbə çox uçuz verməsinin səbəbi nədir?




Xəbərin oxunma sayı : 1192




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap