Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gəncədə vətəndaşların qəbulu zamanı söyüş bazarı - Elmar Vəliyev açıb ağzını yumub gözünü...

Tarix 17.03.18, 17:21

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşların qəbulu zamanı bir sıra idarə müdirlərini söyüş yaçışına tutub, bununlada qalmayan icra başçısı həmçinin Gədəbəy və Daşkəsən rayonlarının sakinlərinin aşağılayıb...

Martın 14-də Gəncədə icra başçısı Yeni Azərbaycan Partiyasının binasında vətəndaşlarla götüş keçirib. Görüş zamanı isə dalbadal kurioz hadisələr yaşanıb. Belə ki, hər dəfə vətəndaşın şikayətini dinlədikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev idarə və təşkilat rəhbərlərini ən aşağılayıcı söyüşlərlə və nalayiq sözlərlə təhqir edib. 

Qeyd edək ki, MilliYol-un elektron ünvanına daxil olan məktub bu sözlərlə başlayır: “Bəylər, yalvarırıq  Sizə,çox  xahiş edirik ki, bu biabırçılığı ictimailəşdirəsiniz. Artıq bıçaq sümüyə dirənib..Belə yaşamaq olmaz. Kömək edin bizə...”

Böyük təətccüb və ürək ağrısı ilə oxuduğumuz şikayət məktubunu qısa ixtisarla aşağıda təqdim edirik:

 “Bəylər, yalvarırıq  Sizə,çox  xahiş edirik ki, bu biabırçılığı ictimailəşdirəsiniz. Artıq bıçaq sümüyə dirənib..Belə yaşamaq olmaz. Kömək edin bizə...

14 mart 2018-ci ildə Yeni Azərbaycan Partiyasının binasında Gəncə şəhərinin  diktatoru Elmar Vəliyev sakinləri qəbul edərkən şəhər ictimaiyyəti qarşısında müxtəlif vəzifə sahiblərini və  müraciət edənləri təhqir etdi. Təhqir sadəcə, hansısa termin xarakterli sözlərdən yox, sadə xalq dilində, milli folklorumuzdakı sözlərdən ibarət oldu. Bunu heç kəs inkar edə bilməz ki, Elmar Vəliyev ağızdan “çox yaxşıdır”. Bunu şəhər əhalisi çox gözəl bilir. 

Elmar Vəliyev  Gəncə şəhər icra hakimiyyəti başçısının kommunal məsələlər üzrə müavini Mikayıl Zeynalovu ictimaiyyət qarşısında çox pis söydü. Küçə söyüşləri ilə təhqir etdi. Zalda qadın, ağsaqqal, cavan olmasının fərqinə varmadan Elmar  Vəliyev Mikayıl Zeynalovu söyüşlə zaldan qovdu. Alçaq, o..., gədə və lap pis söyüşlər işlətməklə yanaşı, dedi ki, acından ölürdün,sənə vəzifə verdim. indi şişibsən, Çıx .......çölə. 

Qaz pulu ilə bağlı bir nəfər şəhər  sakini müraciət edərək limitə düşdüyünü deyəndə,,Elmar Vəliyev  qaz  idarəsinin müdirini ayağa qaldırıb  olmazın söyüşlərlə  təhqir  etdi. Müdir izah etmək istədi  ki, cənab başçı,vətəndaş qaz pulu üzrə qoyulan  limiti keçib. Ona görə də limitə düşüb. E.Vəliyev qışqıraraq dedi ki: Əclaf , sən salıbsan onu limitə. Müdir bildirdi  ki, cənab başçı , mən yox, ölkə başçısı İlham Əliyevin fərmanı ilə bu limit yaranıb. Elmar Vəliyev yenidən başladı qışqırmağa, “get p..unu ye  pe..., sən p.. yeyirsən ata ananla. Səni limitə  elə salaram ki, özündə bilməzsən”. Sonra başçı üzünü Gəncə şəhər  prokuroruna  tutub ded ki, “bunu tutun”. Prokuror bildirdi ki, mən onu hansı əsasla tutum. Mən onu tuta bilmərəm. Bundan sonra Elmar Vəliyev yenidən qışqıraraq bildirdi ki, kül sənin başına. Və Gəncə  şəhər polis idarəinin rəisi  Faiq Şabanova  müraciətlə bildirdi ki, “bunu aparın içəri salın ağılı başına gəlsin”. Qaz idarəsinin müdiri ilə əlaqədar nazirlikdən kimsə  E.Vəliyevə zəng etdi.Elmar Vəliyev yenidən qışqıraraq bildirdi ki,  sən kimsən get işinlə məşğul ol. 

Daha sonra üzünü Gəncə  şəhər polis idarəinin rəisi  Faiq Şabanova  tutub dedi  ki, bu Gədəbəy, Daşkəsən rayonlarından olanları  yüz dəfə demişəm ki, Gəncəyə propiska etməyin. Qoy getsin dağlarda qoyunlarını  otarsın. Nə var şəhərdə? Gəlirlər axışırlar şəhərə.Sontra da məndən  torpaq istəyirlər . Bu zaman yerdən bir nəfər Gədəbəyli  sakin  ayağa qalxaraq dedi  ki,Elmar müəllim,  o rayonların insanları bu respublikanın vətəndaşları deyilmi? Harada istəsələr orada da yaşaya   bilərlər.Sən kimsən ki,vətəndaşlar arasında ayrı-seçkilik yaradırsan?

Bundan sonra başçı özünü cilovlayıb dedi ki, mən elə demədim, yəni deyirəm ki, nə var buralarda təmiz dağ havası, gözəl təbiət get yaşa da özün üçün o dağlarda.

Sonra başqa bir nəfər vəzifəli şəxsə dedi: “Sən  kommunalın işçilərinin hərəsinə 150-200 manat pul verməlisən.Nə baxırsan? Get ver, canın çıxmaz”.

Göründüyü kimi Elmar Vəliyev açıq aşkar çəkinmədən kimlərəsə haqq qoyur. 

Daha sonra bildirdi ki, şəhərin yiyəsi mənəm. Gəncədə elə kişi varmı ki, mənim dediyimin əksinə gedə. Kişi varsa, əlimi qoyuram bura, gəlsin əlini əlimin üstünə qoysun.

İclas prosesi zamanı rəhbərə yaraşmayan söyüşlər nalayiq hərəkətlər sona qədər davam etdi. Məgər ölkə rəhbəri İlham Əliyev deməyibmi ki, məmurlar özlərini xalqa əxlaqlı, mədəni göstərməli, onlarla etik normalar çərçivəsində münasibət qurmalıdır. Heç kimin haqqı yoxdur ki,kimi isə təhqir etsin. 

Sual vermək lazımdır ki, Elmar Vəliyev sən kimsən ki, insanlarla belə rəftar  edirsən. İclasda insanlarla türklər demişkən alay edirsən, insanları məsxərəyə qoyursan. Kim bu səlahiyyəti verib ona. Sənə  kim bu səlahiyyəti verib ki, Gədəbəy  və Daşkəsən camaatına qarşı nalayiq hərəkət edirsən. Sən özün özlüyündə kimsən axı?”

Redaksiyadan: Gəncə şəhər İcra hakimiyyəti ilə əlaqə saxlayıb şikayət məktubuna münasibət öyrənmək istəsək də, telefonumuza cavab verən şəxs bizi dinlədikdən sonra telefonu asdı. Baş verənlər heç də sıradan bir hadisə deyil və Gəncə kimi bir şəhərə rəhbərlik edən Elmar Vəliyevin bu davranışları təbii ki, qınanmalıdır. Onu da qeyd edək ki, zaman-zaman Elmar Vəliyevin tabeçiliyində olan şəxslərə qarşı təhqiramiz davranması ilə bağlı xəbərlər yayılır. Və bu da onu göstərir ki, Gəncənin icra başçısı doğrudan öz yerində deyil... 



Xəbərin oxunma sayı : 1246




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap