Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

General Hikmət Mirzəyevin bu günə qədər aldığı orden və medallar - SİYAHI

Tarix 11.01.21, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif edib.

General Mirzəyev Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb.

Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Bundan başqa, Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib. Daha sonra isə Ali Baş Komandanın 17 oktyabrda imzaladığı sərəncamla ona general-leytenant ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-leytenant Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.

General-leytenant Hikmət Mirzəyevin bu günə qədər layiq görüldüyü orden və medallar:

• "Azərbaycan Bayrağı" ordeni - 1994

• "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı - 2001

• "İgidliyə görə" medalı - 2003

• "Vətən uğrunda" medalı - 2007

• "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı - 2008

• "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı - 2013

• 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni - 2015

• "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı - 2018

• "Hərbi xidmətdə fərqlənməyə görə" I dərəcəli medalı

• "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medalı

• "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı

• "Vətən Müharibəsi Qəhrəmanı" medalı - 2020 (09.12.2020)

• "Cəbrayılın azad olunmasına görə" medalı - 2020 (24.12.2020)

• "Füzulinin azad olunmasına görə" medalı - 2020 (25.12.2020)

• "Qubadlının azad olunmasına görə" medalı - 2020 (29.12.2020)

• "Şuşanın azad olunmasına görə" medalı - 2020 (29.12.2020)

• "Kəlbəcərin azad olunmasına görə" medalı - 2020 (29.12.2020)(BAKU.WS)



Xəbərin oxunma sayı : 736




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap